1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:21.06.2019 15:42:30

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, Tehranın bu günkü İmam cüməsi Höccətulislam Muhəmməd Cəvad Hacı Əli Əkbəri olub.

O çıxışı zamanı Amerikanın casusluq pilotsuzunun İranın hava məkanına təcavüz etməsinə işarə edərək deyib:  "Amerikalı rəsmilər bilsinlər ki, Hörmüz boğazı təcavüzkarların həmişəlik qəbiristanlığıdır."

İmam cümə xütbəsində bildirib ki, Ağ Ev rəhbərliyi  Amerikanın casusuluq pilotsuzunun vurulmasından sonra əl-ayağa düşüblər.

"Amerika prezidenti öncə bu pilotsuzunun vurulduğunu təkzib etdi, sonra isə təsdiq etdi; bu da onun sərsəm və komik olduğunu göstərir.", -deyə Höccətulislam Muhəmməd Cəvad Hacı Əli Əkbəri əlavə edib.

İmam cümə İranın heç vaxt müharibəni başlayan tərəf olmayacağını vurğualyaraq sözlərinə belə davam edib:  "Əgər düşmənlər İrana qarşı savaşa başlasalar, bu savaşın bitməsi onların əlində olmaycaqdır. İran düşmənlərin təhdidləri ilə mübarizə üçün yüksək önləyicilik qüdrətinə malikdir, buna görə, amerikalılar öz hərəkətlərinə nəzarət etməlidirlər."

Höccətulislam Muhəmməd Cəvad Hacı Əli Əkbəri  deyib ki,  Amerika İran İslam Respublikasının hava məkanına təcavüz etdiyi üçün İran xalqından üzr istəməlidir. O, Amerikanın bu hərəkətinin beynəlxalq təşkilatlarda izlənilməsi vacibliyini vurğulayıb.

İmam cümə ABŞ-dan silah alanlara da mesaj verib:  "Bölgədəki mürtəce rejimlər görsünlər ki, Amerika rəsmilərinin dediklərinə görə, bu ölkənin ən modern pilotsuzlarından, həmçinin izlənilməz və kəşfolunmaz olan Amerikanın casusluq pilotsuzu necə tam İran məhsulu olan zenit raket sistemi tərəfindən hədəfə alınib vuruldu. Onlar İranın yanında durmalı olmalarını anlamalıdılar. Bu axmaqlıq nə vaxta qədər davam edəcək?"


İmam Cümə də ABŞ-ın vurulmuş PUA-sından danışdı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Gürcüstanın builki yanacaq idxalının 14%-i Azərbaycanın payına düşüb
    Bu ilin yanvar-oktyabr aylarında Gürcüstan 890,9 min ton benzin və dizel yanacağı idxal edib.
     18.11.2019
    Yarımçıq qalan arzular: şəhid Zahid Hüseynov
    Salyan bölgəsində Seydan kəndində Azərbaycan torpaqları azdlığı uğrunda şəhid olan Hüseynov Zahid Rabil oğlunun şərəfinə, xatirəsini əbədiləşdirmək üçün büst ucaldı
     18.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ