1. http://www.islamazeri.com/
  2. DİN

Kateqoriya : DİN

Yayınlanma tarixi:02.03.2019 01:57:17

"Çünki, əhdinə vəfa etməyin müqaviləni pozmağından yaxşıdır."

"İmam Əli (ə) Malik Əştərə yazdığı məktubda düşmənə olsa belə, verilən əhdlərə sadiq qalmağı tövsiyə edir. İslam və müsəlmanları təhqir etmək istəyənlər bilməlidir ki, imamın sözlərinə əsasən, biz düşmənə belə verdiyimiz əhdlərə sadiq qalacağıq.

İmam (ə) xütbənin digər yerində buyurur: Düşmənlə müqavilə bağlayanda, diqqətli ol ki, qəflət etməyəsən. Ehtiyat, səbr və istiqamətlə addımla və söhbət et. Düşmənə hüsnü-zənnin olmasın. Allaha həmd olsun ki, bizim müzakirə heyətimiz də bu cürdür və ümüd edirik ki, Allah öz yardımlarını bu imam Zaman (ə.f) məmləkətinə əta edəcəkdir.

İmam (ə) müqavilədə eyni zamanda bir neçə mənada işlənən sözlərdən istifadə olunmamasını bildirir. Dünyanın insan haqları bu kimi şərtləri harda görə bilərlər? İmam (ə) Malik Əştərə bildirir ki, nə vaxtsa bu müqavilənin sənin zərərinə olduğunu görsən əhdinə xilaf çıxma. Çünki, əhdinə vəfa etməyin müqaviləni pozmağından yaxşıdır.

Ey ölkəmizin müzakirə heyəti ilə müzakirə edənlər! Sizə səslənərək deyirik ki, biz sizə güvənmirik. Bilin ki, sizi səsləyənlər Əliyə (ə) məxsus olan rəhbərçilik, islami respublika və ədalətdir. Əgər ölkəmiz nüvədən sülhməramlı istifadə edəcəyini bildirirsə, bu dinimizin və ələvi siyasətimizin təfəkkürüdür. Lakin sizin nə xristian, nə də insanlıq siyasətiniz var”.

- Tehranın cümə xətiblərindən Ayətullah İmami Kaşani


İmami Kaşani: İmam (ə) Malik Əştərə bildirir ki...

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ermənistanın sabiq kəşfiyyat rəhbəri Soros Fondunu  təhlükə adlandırdı
    Ermənistanda xarici ölkələrdən maliyyələşən siyasi qüvvələr fəaliyyət göstərir.
     22.11.2019
    Nazir: Orta pensiya məbləği 293 manat olacaq
    Gələn il pensiyaların indeksasiyası nəzərdə tutulur. Belə ki, ölkəmizdə orta pensiya məbləği ciddi şəkildə artaraq, 293 manat ətrafında olmalıdır.
     22.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ