1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HƏRBİ

Kateqoriya : XƏBƏRLƏR

HƏRBİ

Yayınlanma tarixi:05.08.2019 13:29:19

Məlumatda bildirilir ki, tanker ərəb ölkələrinə qaçaq yanacaq aparırmış.

İslamazeri.com xəbər verir ki, İran İslam İnqilab Keşikçilər Korpusu Fars körfəzində neft tankerini tutduğunu açıqlayıb.

Bu barədə avqustun 4-də İranın dövlət informasiya vasitələri məlumat yayıb.

Məlumatda bildirilir ki, tanker ərəb ölkələrinə qaçaq yanacaq aparırmış.

İRNA agentliyinin məlumatına görə, tanker koordinasiya və məhkəmə orqanlarının orderindən sonra saxlanıb.

Qeyd edlir ki, tanker 700 min litr qaçaq yanacaq aparırmış. Bəzi KİV tankerin İraqa aid olduğunu qeyd edib.

İran ötən ay Britaniya bayrağı altında üzən neft tankerini də saxlayıb. İran hakimiyyəti tankerin dəniz qaydalarını pozduğunu iddia edir.

İranın Fars xəbər agentliyinin şənbə verdiyi məlumata görə, İran Hörmüz boğazında ələ keçirdiyi Britaniyaya məxsus neft tankerini Bəndər Abbas limanına aparıb və gəmi ilə bağlı istintaq aparılanadək tanker və onun ekpiaj üzvləri limanda saxlanacaq.

Qeyd edək ki, bəzi KİV Britaniyanın İraqdan İran üçün vasitəçilik etməsilə bağlı xəbərlər də yayıblar.


İran 700 min litr qaçaq yanacaq daşıyan tankeri ələ keçirdi - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Pakistan Səudiyyə ilə İranın arasını düzəltmək istəyir
    Pakistan baş nazirinin Səudiyyə ilə İran arasında vasitəçilik etmək üçün şənbə günü Ər-Riyada gedəcəyini bildirib.
     14.12.2019
    Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ Senatının erməni soyqırımı haqda qətnaməsini pislədi
    Cümə axşamı ABŞ Senatı tərəfindən "qondarma erməni soyqırımının tanınmasına dair qəbul edilən qətnamə" tarixin saxtalaşdırılması və siyasi təzyiq vasitəsi kimi istifadə edilməsi cəhdidir.
     14.12.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ