1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:18.03.2019 21:48:49

"ABŞ səhv yolla gedir və biz mübarizə aparmalıyıq"

İslamazeri.com-un “ParsToday” və TASS-a istinadən verdiyi xəbərə əsasən, Həsən Ruhani bəyan edib ki, “düşmənlər, İran İslam Respublikasına zərbə endirmək üçün bütün imkanlarından istifadə edirlər, lakin onlar heç vaxt öz məqsədlərinə çatmayacaqlar”.

Ruhani jurnalistlərə bildirib ki, “ABŞ Tehrana geri dönmək və İran xalqı üzərindəki ağalığını bərpa etmək istəyir, lakin iranlılar buna imkan verməyəcəklər”.

ABŞ-ın nüvə sazişindən səbəbsiz şəkildə çıxmasına və İran xalqına qarşı sərt sanksiyalar tətbiq etməsinə işarə edən Ruhani qeyd edib ki, “düşmənlər düşünürlər ki, sanksiyalar davam edərsə, İrana geri dönə biləcəklər, lakin bu qeyri-mümkün olacaq”.

ABŞ bizə qarşı ən sərt sanksiyalar tətbiq edib. Bu, milli valyutanın dəyərinə təsir etdi, inflyasiya yüksəldi, lakin biz bunun öhdəsindən gəldik. ABŞ səhv yolla gedir və biz mübarizə aparmalıyıq. İranın məhkəmə orqanları ABŞ-a, onların məmurlarına və bu sanksiyaların müəlliflərinə qarşı insanlığa qarşı cinayətlərinə görə iddia qaldırmalıdır”, - deyə o qeyd edib.


İran: Düşmənlərin arzusu ürəyində qalacaq! ABŞ cavab verməlidir!

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İsrail Ordusunda reallıq: Qumara aludə olan gizir pulemyot və qumbaraları satırmış...
    İsrail Ordusu güclü olduğunu dünyaya yeritsədə, reallıq ordudakı xaos, özbaşnalıq və ruh düşkünlükdən başqa bir şey deyil
     19.07.2019
    İnqilab Keşikçilərinin Baş Komandanı: Səhv edərlərsə strategiyamızı dəyişib - müdafiədən hücuma keçəcəyik
    "İslam İnqilabı Keşikçiləri Korpusu-Sepah-ın baş komandanı vurğulayıb: Düşmənlər öz hesablamalarında xətaya yol verərlərsə, bizim strategiyamız müdafiədən hücuma dəyişəcək və bütün imkanlarımız başdan-başa hücum xarakterli olacaqdır."
     19.07.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ