EURO 1,9162 TRY 0,2968
USD 1,7 RUB 0,0269
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:25.03.2019 14:54:37

İran XİN başçısı ABŞ-lı rəsminin bəyanatına reaksiya verib.

İslamazeri.com-un xarici mediaya istinadən verdiyi xəbərə əsasən, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif tarixi faktlara söykənərək ABŞ-ın dövlət katibi Mayk Pompeonun bəyanatına cavab verib.

İranlı nazir bildirib ki, İran şahları öz zamanlarında yəhudiləri soyqırım və köləlikdən xilas edib.

“İran şahlarından biri yəhudiləri Babilistanda əsarətdən xilas etdi, digəri isə soyqırımdan (xilas etdi)”, - deyə o qeyd edib.

“Fars şahı yeganə xaricidir ki, Məsih adlandırılır”, - deyə o əlavə edib.

Zərif həmçinin bir neçə il öncə demişdi ki, “Netanyahu yəhudiləri xilas etmiş ölkənin ünvanına həyasızcasına ittihamlarla çıxış edə bilmək üçün Tövratı belə təhrif etməyə hazırdır”.

Xatırladaq ki, Pompeo bir müddət öncə bildirmişdi ki, “bir xristian olaraq inanır ki, Tanrı yəhudiləri İrandan qorumaq üçün Trampı göndərib”.


İran: Farslar yəhudiləri köləlik və soyqırımdan xilas edib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Şəki Xan Sarayında yaralananlardan biri vəfat etdi
    Şəki Xan Sarayında baş vermiş bədbəxt hadisə zamanı yaralananlardan biri ölüb.
     15.07.2019
    İran XİN: ABŞ-ın məhdudiyyətləri Zərifin səfərinə təsir edə bilməz
    XİN rəsmisi Musəvi Cavad Zərifin onsuz da Nyu-Yorka gələndə bütün danışıqlarını və müsahibələrini Nazir Pompeonun qeyd etdiyi bölgədə etdiyini qeyd edib.
     15.07.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ