1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HADİSƏ

Kateqoriya : XƏBƏRLƏR

HADİSƏ

Yayınlanma tarixi:27.07.2019 00:27:26

İran gəmisinin Xəzərdə batmasının ilkin səbəbi fırtınalı hava şəraiti olub.

İran gəmisinin Xəzərdə batmasının ilkin səbəbi fırtınalı hava şəraiti olub.

Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açılamasında Dövlət Sərhəd Xidmətinin gözətçi gəmisinin komandiri Nəhməd Quliyev deyib.

Onun sözlərinə görə, gözətçi gəmisi dövlət sərhədinin mühafizəsində olarkən baş komandanın nəzarət mərkəzi tərəfindən gəmiyə İran bayrağı altında üzən “Şəbahəng” quru-yük gəmisinin batma təhlükəsi barədə sos siqnalı daxil olub.

“Dərhal hadisə yerinə yollandıq. Fırtınalı hava şəraitinə baxmayaraq, batan gəminin doqquz nəfərdən ibarət olan ekipajı tam heyətlə xilas edildi. Onlar arasında xəsarət alan yoxdur. Gəmi isə bir neçə saat sonra batdı”, - deyə komandir bildirib.

N. Quliyev onu da əlavə edib ki, qəzanın ilkin səbəbi gəmidə ağır yükün varlığı və fırtınalı hava şəraitinin olmasıdır: “Heyətin yeddi nəfəri iranlı, iki nəfəri isə hindistanlıdır”.


İran gəmisinin batma səbəbi bəlli oldu - AÇIQLAMA

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Pakistan Səudiyyə ilə İranın arasını düzəltmək istəyir
    Pakistan baş nazirinin Səudiyyə ilə İran arasında vasitəçilik etmək üçün şənbə günü Ər-Riyada gedəcəyini bildirib.
     14.12.2019
    Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ Senatının erməni soyqırımı haqda qətnaməsini pislədi
    Cümə axşamı ABŞ Senatı tərəfindən "qondarma erməni soyqırımının tanınmasına dair qəbul edilən qətnamə" tarixin saxtalaşdırılması və siyasi təzyiq vasitəsi kimi istifadə edilməsi cəhdidir.
     14.12.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ