1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:30.05.2019 13:39:47

İran prezidenti Fələstin barədə danışıb.

İslamazeri.com-un “ParsToday”-ə istinadən verdiyi xəbərə əsasən, İran prezidenti Həsən Ruhani bəyan edib ki, “İran xalqı heç vaxt Qüds və məzlum xalqları tənha qoymayacaq”.

“İranlılar bu il, adəti üzrə, Ümumdünya Qüds Günündəki nümayişlərdə kütləvi şəkildə iştirak edəcəklər və tam qələbəyədək şər qüvvələri ilə mübarizəyə hazır olduqlarını nümayiş etdirəcəklər”, - deyə o qeyd edib.

“Fələstin və Qüds bütün İslami müqavimət cəbhəsi, bütün müsəlmanlar üçün sarsılmaz güc mənbəyidir. İsrail isə, öz növbəsində, öz təcavüz və repressiyalarını, hər şeydən öncə, Fələstin xalqına qarşı izhar edir”, - deyə o əlavə edib.

Artıq Fələstinin İsrailin hücumlarına cavab vermək iqtidarında olduğunu deyən Ruhani bildirib ki, “cəsur fələstinlilərin əlində yalnız daşların olduğu dövr geridə qalıb, bu gün onlar misilsiz cəsarət və daxili sənaye resurslarının hesabına sionistləri geri çəkilməyə məcbur edirlər”.


İran: Heç vaxt Qüdsü və məzlumları tək qoymayacağıq!

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Türkiyə Ordusu  77 PKK terrorçusunu məhv edib
    Türkiyə Silahlı Qüvvələri "Pəncə" əməliyyatı çərçivəsində İraqın şimalında 77 PKK terrorçusunu zərərsizləşdiriblər.
     16.06.2019
    İran ABŞ-ın tankerlərinə hücum iddiasına cavab verdi
    İran Parlamentinin sədri ABŞ-ın iddialarına cavab verib.
     16.06.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ