EURO 1,9338 TRY 0,2945
USD 1,7 RUB 0,0269
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HƏRBİ

Kateqoriya : XƏBƏRLƏR

HƏRBİ

Yayınlanma tarixi:06.05.2019 17:35:13

İran İslam Respublikası Ordusunun yeni nailiyyətləri ordunun quru qoşunlarının komandanı və koordinator müavininin iştirakı ilə təqdim olunub

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, İran İslam Respublikası Ordusunun yeni nailiyyətlərindən olan "Fəraz-220" pilotsuzu 100 kilometrlik əməliyyat radiusunadək patrulçəkmə, səkkiz saatdan çox uçuş davamlılığı, iyirmi kiloluq yükdaşıma, eləcə də gecə və gündüz vaxtı görmə və aşkarlama qabiliyyətlərinə malikdir.

İran ordusunun digər nailiyyətlərindən 5,5 kilometrlik məsafəyədək lazer raketlərini istiqamətləndirmək qabiliyyətinə malik lazerli istiqamətləndirmə sistemidir.

Lazerli raketlərə qoşulan bu sistem yüksək hərəkət qəbuletmə xüsusiyyətli müxtəlif kodlaşdırılmış lazerli raketləri atmaq qabiliyyətinə malikdir.

İran İslam Respublikası Ordusunun yeni nailiyyətlərindən digər birisi, superyüksək görmə qabiliyyətli kamera sistemidir. Bu sistem bir insanı 15 kilometrlik məsafədən, bir avtomobili isə 20 kilometrlik məsafədən 150 dəfə böyüdə və aşkarlaya bilir.

"23 millimetrlik top" adlı optik sistem də İran ordusunun təqdim olunan başqa naliyyətlərindəndir. Bu sistem 30 dəfə böyütmə qabiliyyətinə malik rəqəmsal bir kameraya şamil olur ki, bu da topun döyüş qabiliyyətini ikiqat artırır.

İran İslam Respublikası Ordusunun təqdim edilmiş yeni nailiyyətlərindən başqa birisi də "Çiften" tankının vaskular silindri və beş kilovatlıq çıxış gücünə malik səyyar günəş elektrik stansiyasıdır.


İran hərbi gücünə qatılan yeni texnikanı nümayiş etdirib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Rusiya bu azərbaycalıdan danışır - SƏBƏB
    “Dostum o qədər təəccübləndi ki..."
     24.06.2019
    Buzovnada maşını ilə qəsdən tanışını vurub qətlə yetirdi
    Bakıda 31 yaşlı kişi qətlə yetirilib.
     24.06.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ