EURO 1,8823 TRY 0,2978
USD 1,7 RUB 0,0266
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TEXNOLOGİYA

Kateqoriya : XƏBƏRLƏR

TEXNOLOGİYA

Yayınlanma tarixi:17.10.2019 14:53:30

İran ilə Azərbaycan arasında digər sahələrdə olduğu kimi, elm və yeni texnologiyalar sahəsində də əməkdaşlıq əlaqələrinin genişləndirilməsi vacibdir.

İran ilə Azərbaycan arasında digər sahələrdə olduğu kimi, elm və yeni texnologiyalar sahəsində də əməkdaşlıq əlaqələrinin genişləndirilməsi vacibdir.

İslamazeri.com Azərtac-a istinadən xəbər verir ki, bu sözləri İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə yerli mətbuata açıqlamasında deyib.

O bildirib ki, hazırda İran və Azərbaycan universitetləri arasında əlaqələr mövcuddur. Lakin bu əlaqələr daha əhatəli olmalı, tələbə mübadiləsi artmalı və konkret mövzularda elmi simpoziumlar keçirilməlidir.

Səfir diqqətə çatdırıb ki, hər iki ölkənin böyük elmi potensialı var və bundan səmərəli istifadə etmək lazımdır. O qeyd edib ki, elmi əsaslarda yaradılmış şirkətlərin əməkdaşlığı və birgə layihələr üzərində çalışmaları iqtisadi inkişafa da müsbət təsir göstərə bilər.

“Bu gün dünyada yeni texnologiyalar inkişaf edərək həyatın müxtəlif sahələrinə dərindən sirayət edib”, - deyən diplomat bildirib ki, bunu nəzərə alaraq, İran və Azərbaycan alimləri daha yaxından əməkdaşlıq etməlidirlər.


İran ilə Azərbaycan arasında elmi əməkdaşlığın genişləndirilməsi vacibdir - Səfir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İranda iğtişaşçılara etiraz,  Ayətullah Xameneiyə dəstək mitinqi - VİDEO, FOTO
    İranda benzin bahalaşmasından istifadə edən iğtişaşçılara etiraz əlaməti olaraq Təbrizdə və bir çox şəhərdə mitinqlər keçirilib
     20.11.2019
    Trampın impiçment araşdırması davam edir
    ABŞ Konqresinin Nümayəndələr Palatası prezident Donald Trampın impiçment araşdırması ilə bağlı ictimaiyyət üçün açıq dinləmələri davam etdirir.
     20.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ