EURO 1,8358 TRY 0,2794
USD 1,7 RUB 0,0267
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HƏRBİ

Kateqoriya : XƏBƏRLƏR

HƏRBİ

Yayınlanma tarixi:11.01.2020 12:57:52

İran Ukrayna hava yollarının sərnişin təyyarəsinin süqut etməsinin insan xətasından irəli gəldiyini və qərəzsiz olduğunu bildirib.

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki,  İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı Ukrayna hava yollarına aid olan sərnişin təyyarəsinin Tehran ətrafında qəzaya uğraması barədə məlumat yayıb. 

Ukrayna hava yollarına aid olan sərnişin təyyarəsi yanvarın 8-də Tehrandakı İmam Xomeyni(r.ə.) adına hava limanının yaxınlığında süqut etdi.

İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı  bildirib: "Amerikanın prezidenti və hərbi komandanlarının İran ərazisində çox sayda nöqtəni hədəfə alacaqlarına dair təhdidlərinin ardınca və regionda hava fəaliyyətlərinin misli görünməmiş tərzdə artmasına görə, İran İslam Respublikasının Silahlı Qüvvələri ehtimal olunan təhdidlərə cavab məqsədilə ən yüksək hazırlıq səviyyəsinə gətirildilər."

"İranın amerikalı terrorçuların İraqdakı bazalarını hədəfə almaq istiqamətindəki raket əməliyyatından sonra onların İran ətrafındakı hərbi uçuşları artdı və bəzi radar səfhələrində çox sayda hədəf müşahidə olundu ki, bu da İranın hava hücumundan müdafiə komplekslərində daha artıq həssaslığa səbəb oldu.", - deyə bəyanatda qeyd olunur.

İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib: "Belə bir həssas və böhranlı şəraitdə Ukraynanın 752 saylı uçuşu İmam Xomeyni(r.ə.) adına hava limanından havaya qalxır və dövr vuran zaman İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın həssas bir hərbi mərkəzinə tamamilə yaxınlaşmaq vəziyyətində və düşmən bir hədəfin uçuş forması və yüksəkliyində yerləşir ki, belə bir şəraitdə qərəzsiz insan xətasının baş verməsi nəticəsində qeyd olunan təyyarə hədəfə alınıb."

İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı bu məlumatda baş vermiş insan səhvinə görə üzrxahlıq edib, əzizlərini itirmiş ailələrin kədərilə bölüşərək, əminlik veribdir ki, İran İslam Respublikasının Silahlı Qüvvələri səviyyəsində əməliyyat proseslərində əsaslı islahatların aparılmasını izləməklə bu kimi xətaların təkrarlanması imkanını mümkünsüz edəcək və dərhal onun müqəssirini İran İslam Respublikası Silahlı Qüvvələrinin Məhkəmə Təşkilatına təqdim edəcəkdir ki, baş vermiş xətalarla qanunla rəftar edilmiş olsun.

Ruhani bu xəbərdən dərin üzüntüsünü bildirirərək, təyyarədə dünyasını dəyişənlərə dərin hüznlə başsağlığı verib.

Ruhani ABŞ-ın cavab zərbəsini gözlədikləri üçün Havadan Müdafiə Sisteminin fəvqəladə durumda olduğunu və bir səhv ilə böyük faciəyə yol açdığını bildirib.

 Ruhani Ukrayna təyyarəsinin vurulmasına  səbəb olan günahkarların məsuliyyətə cəlb ediləcəyinə söz verib.

 "Bu faciənin bütün səbəb və amillərinin müəyyənləşdirilməsi məqsədilə əlavə araşdırmalar davam edir. Bu bağışlanmaz səhvin amilləri məsuliyyətə cəlb olunacaqlar və nəticələr İran xalqına və həlak olanların ailələrinə elan ediləcək.", - Ruhani deyib.


İran Ordusu Qərargahından Ukrayna təyyarəsilə bağlı bəyanat

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ali Məhkəmənin 7 hakimi təqaüdə göndərildi
    Ali Məhkəmənin təqaüdə göndərilən hakimlərinin sayı açıqlanıb.
     20.02.2020
    DTX İcra Hakimiyyətində əməliyyat keçirdi - Yeniləndi
    Dövlət Təhlükəsizlik Xidməti (DTX) bu gün Neftçala Rayon İcra Hakimiyyətində əməliyyat keçirib.
     20.02.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ