Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:23.01.2022 12:11:06

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iranlı həmkarı İbrahim Rəisi ilə telefonda danışdı.

İslamazeri.com türk mediasına istinadən xəbər verir ki, Türkiyə Prezident Aparatından verilən məlumata görə, söhbət zamanı Türkiyə-İran əlaqələri və regional məsələlər müzakirə olunub.

R.T.Ərdoğan telefon danışığında yaxınlarda İranın paytaxtı Tehranda reallaşacaq Yüksək Səviyyəli Əməkdaşlıq Şurası Toplantısı və bu çərçivədə imzalana biləcək müqavilələrlə bağlı işlərin sürdüyünü söyləyib.

  Qafqazda barış və sabitliyin hakim olması istiqamətində də səylərini davam etdirdiklərini vurğulayan Ərdoğan bu çərçivədə Azərbaycan prezidenti İlham Əliyevlə birlikdə inkişaf etdirdikləri 3+3 Platformasından sonra Türkiyənin belə tədbirlərə ev sahibliyi etmək arzusunda olduqlarını qeyd edib.


İran və Türkiyə prezidentləri arasında telefon danışığı olub

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Polis Bakıda əməliyyat keçirib, saxlanılanlar var
    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
     24.05.2022
    DİM kolleclərə qəbul üçün sənəd verənlərə müraciət edib
    Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
     24.05.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ