İranın daxili işlər naziri Əbdurrza Rəhmani Fəzli Türkiyədə həmkarı Süleyman Soylu ilə təkbətək görüşüb.

İranın daxili işlər naziri Əbdurrza Rəhmani Fəzli Türkiyədə həmkarı Süleyman Soylu ilə təkbətək görüşüb.
İslamazeri.com xəbər verir ki, iranlı nazir Əbdurrza Fəzli Ankarada türk həmkarı Süleyman Soylunun qarşılaması ilə nazirlik binasına daxil olublar.
İki nazir heyətlərarası görüşmələrə keçmədən əvvəl təkbətək bir görüş keçirib.
Fəzli iki ölkənin prezidentlərinin indiyə qədər yeddi dəfə görüşdüklərini, bunun da Tehran və Ankaranın ikili əlaqələrini inkişaf etdirmək istədiklərini ortaya qoyduğunu ifadə edib.
Fəzli həmçinin Tehran rəhbərliyinin bölgə məsələlərini bölgə ölkələri tərəfindən həll edilməsi lazım olduğuna inandığını, İranın Türkiyəni bölgənin təsirli və əhəmiyyətli ölkəsi bildiyini, bu cür görüşlərin iki xalqa və bölgəyə xidmət etməsini ümid etdiklərini ifadə edib.
İran və Türkiyənin daxili işlər nazirləri təkbətək görüşdü