EURO 1,8799 TRY 0,2973
USD 1,7 RUB 0,0265
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:22.08.2019 15:36:34

"Tehran və Vaşinqton arasındakı problemlər strateji xarakter daşıyır"

Tehran və Vaşinqton arasındakı problemlər strateji xarakter daşıyır və dünya düzəninə fərqli baxışa əsaslanır.

APA-nın "RİA Novosti"-yə istinadən verdiyi xəbərə görə, bu barədə İran Prezidenti Həsən Ruhani İranın müdafiə sənayesi günü ilə bağlı çıxışı zamanı deyib.

"ABŞ-la aramızda olan problem iqtisadi və siyasi xarakteri olmayan bir problemdir. Problem strateji və dünyaya fərqli baxış üzərində qurulub", - deyə H.Ruhani bildirib.

İran Prezidenti ölkələrin bir-birinin hüquqlarına hörmət etməyəcəyi təqdirdə sülh və təhlükəsizliyin mümkün olmayacağını qeyd edib.

H.Ruhani gücə "məntiq" ilə reaksiya verməyin mümkünsüzlüyünü qeyd edərək, rasionallığa yalnız rasional olaraq, gücə güclə cavab verməyin lazım olduğunu deyib. İran Prezidenti hazırda ölkəsinin güclərini səfərbər etməli olduğu bir şəraitdə olduğunu əlavə edib.

H.Ruhani İranla ziddiyyətləri olan dövlətlərlə əməkdaşlıq etməyə və onların həlli üçün dialoq aparmağa hazır olduğunu vurğulayıb.


İrandan ABŞ-a "gözə göz, dişə diş" mesajı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Gəncədə atanı döyüb, iki oğlunu bıçaqladılar
    Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.
     21.09.2019
    Avropa İttifaqı: Plastik torbalar ödənişli olsun
    Biz istərdik ki, plastik torbalar ödənişli olsun. Bəlkə o zaman insanlar onu almaq istəməzlər.
     21.09.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ