EURO 1,9309 NEFT 61,34
USD 1,7 RUB 0,0256
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:07.04.2017 11:38:42

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ-ın Suriyanın mərkəzində hərbi hava bazasına raket hücumunu pisləyib

İslamazeri.com-un "azerisahartv.ir"ə istinadən xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi cümə günü səhər ABŞ-ın Suriyada hava bazasına raket hücumu ilə bağlı açıqlamasında deyib:  "İran müasir tarixdə kimyəvi silahların ən böyük qurbanı olaraq kimlərin törətdiyi və kimlərin qurbanı olduğunu nəzərə almadan kimyəvi silahdan istənilən istifadəni pisləyir və təhlükəli, dağıdıcı hərəkətlər üçün bu bəhanədən istifadəni beynəlxalq hüququn açıq-aşkar pozulması hesab edir." 

Qasimi sözlərini bel ədavam edib: "İran ABŞ hərbi dəniz donanması tərəfindən Suriyada əl-Şəirat hərbi hava bazasına raket hücumları və istənilən hərbi hərəkəti sərt şəkildə pisləyir. İslam Respublikasının qənaətincə, İdlib vilayətinin Xan Şeyxun bölgəsindəki şübhəli kimyəvi hücum bəhanəsi ilə hadisənin zamanlaması, törədənləri və mənafeyi olanların tamamilə məchul vəziyyətdə olduğu belə hərəkətləri Suriya və regionda məhvlə üzləşən terrorçuları gücləndirmək və vəziyyətin mürəkkəbləşməsinə xidmət edəcəkdir."

Qeyd edək ki, ABŞ Suriya dövlətinin hərbi bazalarına hücum edib ətraflı.


İrandan ABŞ-ın Suriyaya hücumuna reaksiya: Terrorçuları gücləndirəcək...

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bütün avtobuslar kart sisteminə keçəcək - BU TARİXƏDƏK
    2019-cu ilin sonunadək bütün avtobusların “BakıKart” sisteminə inteqrasiyası yekunlaşacaq.
     23.01.2019
    Moqerini Varşavadakı anti-İran konfransında iştirak etməyəcək
    Müşahidəçilər ABŞ-ın İran əleyhinə konfransına marağın və həmçinin iştirak səviyyəsinin çox aşağı olacağını bildirir.
     23.01.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ