İran hökumətinin valyuta bazarının idarə olunması üzrə iqtisadi komitəsinin fövqəladə iclası keçirilib

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, İran hökumətinin valyuta bazarının idarə olunması üzrə iqtisadi komitəsinin fövqəladə iclası keçirilib.
Məlumata görə, İshaq Cahangiri bazar ertəsi gecə İran hökumətinin valyuta bazarının idarə olunması üzrə iqtisadi komitəsinin fövqəladə iclasından sonra bildirib: "Çərşənbə axşamı günündən öz işləri üçün valyutaya ehtiyaclı olan bütün iqtisadi fəallar, müsafirlər, tələbələr, araşdırmaçılar və alimlər üçün 4200 tümən olacaqdır."
"Bütün sektorların ehtiyac duyduğu valyuta Mərkəzi Bank, valyutadəyişmə məntəqələri və İran Mərkəzi Bankının nəzarətində olan banklar tərəfindən təmin olunacaq. İran xalqı və iqtisadi fəalların yeni qərarla təyin olunan məbləğdə valyutanın təmin olunması üçün heç bir nigaranlığı olmasın. ", -deyə o əlavə edib.
Son günlərdə İranda valyuta dəyəri qeyri-normal şəraitdə bahalaşmışdı.
İran hökuməti və parlamenti son günlərdə valyutanın qiymətinin artmasının qarşısını almaq üçün bir çox iclaslar təşkil edib.
İrandan valyuta bahalaşmasının qarşısını almaq üçün qərar