EURO 1,8823 TRY 0,2978
USD 1,7 RUB 0,0266
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:04.11.2019 12:42:51

İranın informasiya və kommunikasiya texnologiyaları naziri Məhəmməd Cavad Azari Cahrominin dekabrın əvvəlində Bakıya səfər edəcəyi gözlənilir.

İranın informasiya və kommunikasiya texnologiyaları naziri Məhəmməd Cavad Azari Cahrominin dekabrın əvvəlində Bakıya səfər edəcəyi gözlənilir.

"Report" İran KİV-inə istinadən xəbər verir ki, o, 25-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində iştirak edəcək.

Qeyd edək ki, M.Cahromi 2017-ci ilin avqustunda İKT naziri təyin olunduqdan sonra hər il sərgidə iştirak edir.

Qeyd olunur ki, İran hökuməti yerli texnologiya şirkətlərinə və startaplara "BakuTel-2019"da iştirak etmək üçün dəstək verir. İran İnformasiya Texnologiyaları Təşkilatı, Milli İnnovasiya Fondu və Elm və Texnologiya üzrə vitse-prezident Bürosu yerli texnologiya şirkətlərinə və startaplara sərgidə iştirak etmək üçün maliyyə dəstəyi göstərəcək.

Xatırladaq ki, 25-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi dekabrın 3-dən 6-dək Bakıda keçiriləcək.


İranın informasiya və kommunikasiya texnologiyaları naziri Bakıya gələcək

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ruhani: ABŞ və İsrailin planı puç oldu! Qalib İrandır!
    İran prezidenti ölkədəki hadisələr barədə danışıb.
     20.11.2019
    Oqtay Gülalıyev təkrar əməliyyat olunacaq
    Noyabrın 20-də səhər saatlarında İstanbulun "Amerika Xəstəxanası"nda Oqtay Gülalıyevin növbəti neyrocərrahi əməliyyatı başlayıb
     20.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ