1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:28.11.2020 16:02:11

27 noyabrda İranın atom və nüvə sahəsində böyük uğurlara sahib olmuş alimi naməlum terrorçular tərəfindən qətlə yetirilib

İslamazeri.com: İranın tanınmış nüvə alimlərindən olan Möhsün Fəxrizadə;  Bu alimin barəsində general Süleymani kimi az məlumat olması, onun "İranın gizli xəzinə"lərindən olması təəssüratını yaradır. 

General?

Belə ki, onun nüvə alimi olmasından əvvəl İnqilab Keşikçilər Korpusunun general mayoru olması da bəzi məlumatlarda qeyd edilir. Təbii ki, "general olub olmaması" ona qarşı sui-qəsd aktını heç bir halda qanuniləşdirmədiyindən, bu məlumatın dəqiq olması belə onun yuxarıda qeyd etdiyimiz kimi "İranın gizli xəzinə"lərindən olduğunu isbat etmiş olur.

Möhsün Fəxrizadə Mahabadi 1957-ci ildə Qumda dünyaya gəlib. Atası Həsən adlı şəxs olub. Ən azı bir tərəfi İran azərbaycanlısı olduğu deyilir.

 İnqilab Keşikçiləri Korpusunun qurulmasından oranın zabiti olduğu da bəzi məlumatlar arasında var.

Lakin onun hərbçi olmasından çox nüvə sahəsindəki uğurları terror hücumuna məruz qoyduğu açıq aşkardır.

Alimliyə gedən yol...

O Ali Təhsilini fizika sahəsində tamamlamış, nüvə fizikası üzrə magistr, doktorantura və daha yuxarı pilləyə çatır.

 Daha sonra Nüvə fizikası mühəndisliyi üzrə professor olur. Tehranın İmam Hüseyn Universitetində pedaqoji fəaliyyət göstərirdi.  

Sonradan Malik Əştər texnologiya Universitetinin rəhbər vəzifəsinə təyin olunur. İranın Müdafiə Nazirliyinin Tədqiqat və İnnovasiya Təşkilatının rəhbəri vəzifəsində işləyirdi. Təşkilatın koronavirus diaqnostika dəsti və peyvəndlə bağlı böyük uğurlar əldə etdiyi önə çəkilir. 

Nüvə ixtiralarına görə, daima İsrail və ABŞ kəşfiyyatının hədəfində idi. İsrail tərəfindən balistik raketlər üçün nüvə başlığı hazırlamaqda ittiham olunmuşdu.

Hətta 2018-ci ildə İsrail baş naziri Netanyahu məşhur "əlində nüvə fotolu" açıqlamasında Fəxrizadənin adını dilə gətirmişdi.  

Buna baxmayaraq İran bu ittiham və sənədlərin saxta olmasını dəfələrlə MAQATE-də əks dəlillərlə zəiflətmişdi. 

Foreign Policy nəşri tərəfindən dünyanın ən güclü 500 adamı siyahısına daxil edilən Fəxrizadə 27 noyabr 2020-ci ildə Tehran yaxınlığında Absərd şəhərində terrora məruz qalır. Terrorçular böyük həcmdə partlayıcını onun avtomobili yaxınlığında partladır. Versiyalara görə, o partlayışdan sonra sağ qalır və yaralı halda xəstəxanaya çatdırılarkən terrorcular onu aparan maşını güllə atəşinə tutur. Dr. Fəxrizadə və daha bir neçə nəfər dünyasını dəyişir.

İran tərəfi bu terror aktında birbaşa İsraili günahlandırır.

Məcid Təxti Rəvançi cümə günü bu beynəlxalq qurumun Təhlükəsizlik Şurasına bir məktub ünvanlayaraq qeyd edib ki, İranın nüvə aliminin terror edilməsində sionist rejim məsuliyyət daşıyır.

İranın BMT-dəki nümayəndəsi, həmçinin ABŞ və sionist rejimin, xüsusilə Donald Trampın prezidentliyinin qalan müddəti ərzində ehtiyatsız hərəkətləri barədə xəbərdarlıq edib.

Təxti Rəvançi iranlı nüvə alimin terror edilməsini beynəlxalq hüquq normalarının pozulması və Qərbi Asiya regionunu məhv etmək üçün bir plan kimi dəyərləndirib və BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasını bu terror aktını qınamağa çağırıb.

İslam İnqilabının müşaviri  Əli Əkbər Vilayəti də məsələ münasibət bildirib.

 “Ölkənin öndə gələn alimlərdən olan və Müdafiə nazirliyinin Araşdırma və İnnovasiya Təşkilatının sədrinin namərdcə öldürülməsi, bu millət və nizamının düşmanlığını bir daha üzə çıxardı. Onlar pis hədəflərinə və hiylələrinə çatmaq üçün, alimlərə qarşı sui-qəsd həyata keçirərək onları şəhid edərlər.”, -deyə bildirib.

Vilayəti açıqlamasının davamında deyib: “Əlbəttə sanksiya və basqı siyasətində uğursuz olan İran millətinin düşmənləri, kin və narahatlıqlarına görə, bu cür qorxaq və rəzil addımlara əl atdılar.”

Vilayəti bu terror olayına qarışan gizli və ya açıq düşmənlərin İran millətinin alacağı intiqamdan qorxmasının lazım olduğunu qeyd edərək “Bu cür hücumlar, İran millətinin düşmənlərinin planlarına qarşı dirənmə, onları məğlub etmə və elmi inkişafdakı yolunu saxlaya bilməz, İran xalqı bu böyük şəhidin qanını terror ünsürlərindən və dəstəkçilərindən alacaqdır.”, -deyə əlavə edib.

İslam İnqilabı lideri Ayətullah Xamenei də məsələyə münasibət bildirib.

Onun açıqlamasında deyilir: "Ölkənin qabaqcıl və görkəmli nüvə və müdafiə alimi cənab Möhsün Fəxrizadə cinayətkar və amansız muzdlular tərəfindən şəhid edildi. Bu bənzərsiz elmi şəxsiyyət böyük və davamlı elmi səylərinə görə, əziz və qiymətli canını Allah yolunda fəda etdi. Bu səbəblə ali şəhidlik məqamı onun ilahi mükafatıdır.
İki vacib məsələ bütün səlahiyyətlilərin gündəmində ciddi şəkildə olmalıdır. Birincisi, bu cinayətin təqibi və cinayətkarların və cinayət əmrini verənlərin qəti şəkildə cəzalandırılması. İkincisi, şəhidin məşğul olduğu bütün sahələrdə elmi və texniki səylərin göstərilməsidir.
Möhtərəm ailəsini və ölkənin elmi ictimaiyyətini və müxtəlif sahələrdəki həmkarlarını və tələbələrini bu şəhadət münasibətiylə təbrik və başsağlığı verir, və Allahdan onun məqamını uca etməsini diləyirəm."


İranın "nüvə proqramının atası" - Fəxrizadə terrordan əvvəl və sonra...

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • ABŞ müdafiə naziri İraqda xidmət keçərkən
    Cümə günü ABŞ Senatı prezident Co Baydenin nominasiya etdiyi Lloyd Austinin Müdafiə Naziri vəzifəsinə təsdiqləyib.
     23.01.2021
    Razılıq əldə olundu: Rusiyanın Sputnik V” peyvəndi Türkiyədə də istehsal olunacaq
    Rusiyanın Birbaşa İnvestisiyalar Fondu (RBİF) Türkiyənin aparıcı əczaçılıq məhsulları istehsal edən müəssisəsi ilə Türkiyədə koronavirusa qarşı “Sputnik V” peyvəndinin istehsalına dair saziş imzalayıb.
     23.01.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ