EURO 1,9828 NEFT 73,07
USD 1,7 RUB 0,0267
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:14.11.2017 17:13:04

Ağır atletika çempionu təbii fəlakətdən zərər çəkmiş həmvətənlərinə dəstək olub.

Ağır atletika üzrə iranlı Olimpiya çempionu Kianuş Rüstəmi öz qızıl medalını zəlzələ qurbanlarına yardım məqsədilə satışa qoyub.

İslamazeri.com-un xəbərinə görə, bu barədə "Tasnim" məlumat yayıb. Ötən il Rio-de-Janeyroda keçirilmiş Olimpiya Oyunlarının qalibi olan Rüstəmi ölkəsində baş vermiş təbii fəlakət qurbanlarının yaxınlarına və zərərçəkənlərə yardım etmək üçün çıxış yolunun dəyərli medalını satmaqda gördüyünü deyib.

"Bunu öz vəzifəm bilirəm ki, zəlzələdən ziyan çəkmiş sevimli həmvətənlərimə kiçik də olsa, yardım edim", - deyə Olimpiya qızıl medalçısı açıqlamasında bildirib.

Bildirək ki, bazar gününə keçən gecə baş vermiş 7,3 ballıq zəlzələ nəticəsində son hesablamalara görə ölənlərin sayı 530 nəfəri keçib, 8 min nəfər xəsarət alıb. Güclü zəlzələ İraqın Hələbcə şəhərinin 32 kilometr cənubunda baş verib.


İranlı Olimpiya çempionu zəlzələyə görə qızıl medalını satır - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Təhsil aldığı məktəbin 700 bal toplayan ilk məzunu
    “700 bal topladığımı biləndə inanmadım”.
     21.07.2018
    Çin: İrana qarşı olan birtərəfli sanksiyaların qəti əleyhinəyik
    Çin Ticarət Nazirliyi Pekin rəhbərliyinin İrana tətbiq ediləcək birtərəfli sanksiyalara qarşı olduğunu, İran ilə əməkdaşlığa davam edəcəklərini açıqlayıb.
     21.07.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ