1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:27.06.2020 12:36:07

"Haşdi Şabi” – İraqın könüllü güclərinə bağlı “Əl Xorasani” briqadasının baş katibi Seyid Əli Əl-Yasiri bu haqda danışıb

İslamazeri.com "Rasthaber Azərbaycan"a istinadən xəbər verir ki, bunu “Haşdi Şabi” – İraqın könüllü güclərinə bağlı “Əl Xorasani” briqadasının baş katibi Seyid Əli Əl-Yasiri açıqlayıb.

“Tasnim” agentliyinə müsahibəsində Əl-Yasiri “Haşdi Şabi”yə qarşı əməliyyatın təfərrüatlarını açıqlayıb.

O qeyd edib ki, bu hücumu terrorla mübarizə təşkilatı həyata keçirib.

“Onlara dəstək verənlərin ABŞ güclərinin olmasıyla bağlı bəzi ehtimallar var. Nəticə olaraq edilən bu addım, təxribat məqsədli idi. Hacı Əbu Fədək (Əbdüləziz əl-Məhəmmədavi) lazımı şəxslərlə əlaqəyə keçərək addım atdı və Terrorla Mübarizə Təşkilatı əvvəldə mövzu ilə bağlı əlaqəsinin olmasını rədd etdi.”, -deyə Seyid Əli Əl-Yasiri qeyd edib.

Onun sözlərinə görə, bundan sonra “Haşdi Şabi” tərəfdən atılan addımlar, xüsusilə danışıqlar önəmli rol oynayıb.

Hacı Əbu Fədək, Hadi Amiri, Hacı Falih Fəyyaz məsələyə müdaxilə etdikdən və danışıqlardan sonra hər iki tərəfdən saxlanılanlar sərbəst buraxılıb.

Əl-Yasiri saxlanılanların sayı və hamısının azad olması ilə bağlı suala “Bəli, Hizbullah Briqadasına bağlı hər kəs bu böhranı çözmək üçün “Haşdi Şabi”yə təhvil verildi.”, -deyə qeyd edib.

Əməliyyatların səbəbilə bağlı danışan “Haşdi Şabi” rəsmisi hava limanı və əl-Hadra bölgəsinin bu mərkəzdən raketlə vurulduğunu iddia etdiklərini önə çəkərək, bütün bu təbliğatların “Haşdi Şabi” və müqavimətin hörmətini aşağı salmaq üçün olduöunu əlavə edib.

Qeyd edək ki, dünən ABŞ Ordusunun təlimatı ilə İraqın Anti-Terror Təşkilatı “Haşdi Şabi”nin bir neçə rəsmisini həbs etmiş, bu addımdan sonra ABŞ səfirliyinin olduğu “Yaşıl Zona”ya raketlər tuşlanmaqla yanaşı, həbsi həyata keçirən güc strukturunun önəmli şəxsləri “Haşdi Şabi” tərəfindən saxlanılmışdı.


İraqda Hizbullah üzvlərinin həbsi və sonra baş verənlər

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Putin: Quranın əsasını ədalət və mərhəmət təşkil edir
    Putin Rusiya müsəlmanlarını Qurban bayramı münasibəti ilə təbrik edib.
     01.08.2020
    Azərbaycanda koronavirusdan sağalanların sayı artır: 279 yoluxma, 592 sağalma
    Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 279 yeni yoluxma faktı qeydə alınıb, 592 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
     01.08.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ