EURO 2,0981 NEFT 73,54
USD 1,7 RUB 0,0279
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. YAXIN ŞƏRQ

Kateqoriya : XƏBƏRLƏR

YAXIN ŞƏRQ

Yayınlanma tarixi:15.11.2017 11:31:31

Rusiyalı İŞİD-çi məhv edilib.

İslamazeri.com-un rus mediasına istinadən verdiyi xəbərə əsasən, boks üzrə çempion olan rusiyalı Vyaçeslav Lapşin Suriyada məhv edilib. Əslən Ufa şəhərindən olan Vyaçeslav İŞİD terror təşkilatının üzvü olub və onun döyüşlərində iştirak edib.

Terrorçunun bacısı bildirib ki, qardaşı hələ 2016-cı ilin yaz aylarında öldürülüb. Bu günlərdə isə, onun dul qalmış arvadı 4 uşaqla birlikdə Suriyadan geri qayıdıblar. Uşaqların ən kiçiyinin 2 aylıq, ən böyüyünün 10 yaşı olduğu qeyd edilib.

Lapşin öldükdən sonra, onun arvadı başqa İŞİD-çiyə ərə gedib və ondan dünyana uşaq gətirib.

Terrorçunun bacısı deyib ki, onun qardaşı hələ 15 il öncə İslam dinini qəbul edib. 2015-ci ildə o, ailəsi ilə birlikdə istirahət adı ilə Türkiyəyə gedib. Sonradan məlum olub ki, o, İŞİD terror təşkilatına qoşularaq, Suriyaya keçib.


İŞİD-ə qoşulmuş rus çempion məhv edilib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Lənkəranda evdə partlayış olub, xəsarət alan var
    Lənkəranda evdə partlayış olub.
     20.04.2018
    İmam Hüseynin mövlud günüdür
    3 Şaban İmam Hüseynin (ə) mövlud günüdür
     20.04.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ