İŞİD terror təşkilatının Əfqanıstandakı lideri məhv edilib.

İslamazeri.com-un “Mirror”-a istinadən verdiyi xəbərə əsasən, İŞİD terror təşkilatının Əfqanıstan qanadının lideri Əbu Səəd Ərhabi məhv edilib.
Kabildə yerləşən Milli Təhlükəsizlik Direkotoratının məlumatına görə, Ərhabi və digər İŞİD terrorçuları Əfqanıstanın Pakistanla sərhəddə yerləşən Nanqərhar əyalətində keçirilmiş hava əməliyyatı nəticəsində məhv edilib.
Qeyd edək ki, Ərhabi son iki il ərzində bu ölkədə öldürülmüş 4-cü İŞİD lideridir.
İŞİD Əfqanıstanın qanadının 2 minə yaxın üzvünün olduğu bildirilir.
İŞİD-in Əfqanıstandakı ən mühüm adamı məhv edildi