EURO 1,8766 TRY 0,299
USD 1,7 RUB 0,0264
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:19.08.2019 12:08:46

ŞİD teror qruplaşmasının Əfqanıstandakı bölməsi Kabildə toy zamanı 63 nəfərin ölümü, 183 nəfərin yaralanması ilə nəticələnmiş bomba hücumuna görə məsuliyyəti öz üzərinə götürüb.

İslamazeri.com "voa"ya istinadən xəbər verir ki, İŞİD teror qruplaşmasının Əfqanıstandakı bölməsi Kabildə toy zamanı 63 nəfərin ölümü, 183 nəfərin yaralanması ilə nəticələnmiş bomba hücumuna görə məsuliyyəti öz üzərinə götürüb.

Ötən gecə izdihamlı toy mərasimində törədilmiş intiharçı hücumu zamanı ölənlərin əksəriyyəti Əfqanıstanda azlıqda olan şiə Hazara icmasının üzvləri olub.

Əfqanıstanın Daxili İşlər Nazirliyinin sözçüsü Nasrat Rəhimi bazar günü açıqlanan bəyanatda partlayış zamanı ölənlərin sayını təsdiq edərək, hadisə qurbanları arasında qadınlar və uşaqların olduğunu bildirib. 

BMT bomba hücumunu qınayaraq, bunu Əfqanıstanda şiələrə qaşı “qəddarlıq” aktı adlandııb və bundan əvvəl də şiə icmasının hədəf alındığı bir neçə hücumu sənədləşdirdiyini bəyan edib.

ABŞ-ın Əfqanıstandakı səfiri Con Bass Twitter səhifəsində yazdığı mesajında hücumu kəskin qınayıb.

Əfqanıstan prezidenti Əşrəf Qani “qeyri-insani” adlandırdığı hücumu qınayıb və hadisənin araşdırılması üçün təhlükəsizliklə əlaqədar fövqəladə iclas çağırdığını bildirib.

Bu, son illər Əfqanıstanda mülki əhaliyə qarşı ən qəddar hücumlardan biridir.

Taliban qrupu da hücumu pisləyib. Üsyançı qrupun sözçüsü bildirib ki, “qadınlar və uşaqlar da daxil olmaqla, mülki əhaliyə qarşı belə vəhşicəsinə hücum qadağandır və buna heç cür bəraət qazandırmaq olmaz”.

“Taliban məsuliyyəti öz üzərindən ata bilməz, çünki onlar terrorçulara platforma veriblər” – deyə, Əfqanıstan prezidenti Əşrəf Qani açıqladığı bəyanatda bildirib.

Bomba partlayışı paytaxt Kabildə şadlıq evində keçirilən toyda musiqiçilərin olduğu səhnə yaxınlığında baş verib. Şahidlərin bildirdiyinə görə, orada olan “gənclər və uşaqlar da daxil olmaqla bütün insanlar həyatını itirib”.


İŞİD Kabildə toyda partlayışa görə məsuliyyəti öz üzərinə götürüb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ərdoğan gələn ay Azərbaycana səfərə gəlir
    Oktyabr ayında Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Azərbaycana səfər edəcək
     19.09.2019
    Ermənistanda istefaya göndəriləcək nazirlərin adları açıqlandı
    Ermənistanda yüksək vəzifəli şəxslərin istefası davam edəcək.
     19.09.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ