1. http://www.islamazeri.com/
  2. TƏHLİL

Kateqoriya : TƏHLİL

Yayınlanma tarixi:05.05.2019 04:25:06

Bağdadinin 18 dəqiqəlik videosunda hansı mesajlar vardı?

Aprelin 29-da İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin 5 illik fasilədən sonra videosu yayıldı. Bundan əvvəl Bağdadi sonuncu dəfə 2014-cü ilin iyulunda görüntülənmişdi. 2014-cü il iyunun 29-da Mosulda qədim məsciddə xütbə oxuyaraq xilafət elan edən İŞİD lideri sonrakı illərdə görünməmişdi. Ötən müddətdə isə Bağdadinin 5 dəfə “öldü” xəbəri yayılıb.

Bütün bu cür videolarda olduğu kimi, İŞİD liderinin “Teleqram” şəbəkəsində yayılan 18 dəqiqəlik video çoxlu sayda mesajlar və əlbəttə ki, qruplaşma üzvləri və tərəfdarlarında ruh yüksəkliyi yaratmaq üçün xüsusi hazırlanmışdı. Həm də xüsusi mesajları ilə yadda qaldı. Və ötən müddətdə hələ də müzakirə və analiz edilməkdə davam edir.

Yeri gəlmişkən, Bağdadinin ötən müddətdə səs yazıları yayılıb. Sonuncu dəfə 2018-ci ilin avqustunda yayılan səs yazısında Bağdadi qruplaşmaya yeni qatılan Mali, Burkino Faso, Şri-Lankadan olan üzvləri təbrik edib. O zaman ciddi diqqət çəkməsə də, ötən ay Şri-Lankada baş verən terrorun xəbərçisi sayıla biləcək məlumat hesab oluna bilər.

Ancaq budəfəki video ciddi şəkildə fərqlənib. Özündə xeyli sayda mesajlar verib. Maraq doğuran və müzakirələrə səbəb olan detallardan biri də videoda Bağdadiyə təqdim olunan “hesabatlar” və üzərindəki yazılar diqqəti cəlb etdi. Bu cür qovluqların birinin üzərində “Türkiyə vilayəti”, həmçinin Orta Asiya, Qafqaz, Əfqanıstan, Şri-Lanka vilayətləri yazılmış ayrı-ayrı qovluqlar gözə dəyir.

Videoda Bağdadi bir qədər yaşlansa da, sağlam və güclü görünür. Qısa çıxışında isə səlibçilərə qarşı mübarizənin davam etdiyi, bu mübarizənin uzun olacağı qeyd olunur. Həmçinin çıxışında Bağuzun itirildiyini bildirir. Bağuz Suriyada İŞİD-in əlində olan sonuncu yaşayış məntəqəsi hesab olunurdu. Kürd qüvvələri və ABŞ ordusu fevralda bu qəsəbəyə hücum əməliyyatı başladıb, martın 23-də isə qəsəbənin ələ keçirildiyi və Suriyada İŞİD-in məğlub edildiyi ABŞ prezidenti tərəfindən elan edilib.

BBC-nin məlumatına görə, məhz Bağdadinin bu videosundan sonra sosial şəbəkələr üzərindən İŞİD üzvləri və dəstəkçilərinin fəallaşması müşahidə olunmağa başlayıb. Onlar Bağdadiyə sədaqət bəyanları yayırlar. Bir çox İŞİD tərəfdarı isə profil şəkillərinə Bağdadinin sonuncu görüntüsünü qoyub.

Videoda çəkilişin 1440-cı hicri ili Şaban ayı (2019-cu il 6 aprel və 6 may arası - K.R.) göstərilir, amma aprelin sonunda yayınlanıb.

Bağdadinin çəkildiyi otaqda daha 3 nəfər var. amma bu şəxslərin üzləri görünmür. O da görünür ki, Bağdadinin yeri heç də həddən artıq qapalı, kiçik bir məkan deyil. İŞİD liderinin yerdə oturduğu, arxasında isə “Kalaşnikov” avtomatı görünür. Maraqlıdır ki, Bağdadinin yanında sərgilənən avtomat silah daha əvvəl əl-Qaidə lideri Usmaə bin Laden və onun müavini, hazırda qruplaşmaya rəhbərlik edən Ayman əz-Zəvahiri də videolarında eyni model avtomat silahlar görünür.

Həmçinin Bağdadi videoda özünü maksimum şəkildə “xəlifə” obrazında göstərilməyə çalışır. Xüsusən də İŞİD liderinin qarşısındakı qovluqlar onun aktiv fəaliyyət göstərdiyi, “vilayətlərdən” hesabatları qəbul etdiyini, yəni hələ də təşkilatın fəaliyyətini idarə etdiyini göstərir. Yəni bu video bir mənada İŞİD-in hələ var olduğu, qlobal səviyyədə bir təşkilat kimi davam etdiyini göstərmək məqsədi sezilir. Təbii ki, həmçinin yeni hücumların olacağı ilə bağlı siqnal verdi.

Maraqlıdır ki, Bağdadi videoda Afgrikadan İŞİD-ə qoşulan yeni üzvləri təbrik edir və bu zaman “qardaşımız Əbu Vəlid əs-Səhravi” ifadəsini işlədir. BBC analitiklərinə görə, bu şəxs İŞİD-in mərkəzi Afrikadakı yeni lideri ola bilər. Yeri gəlmişkən, mart ayında İŞİD-in mərkəzi Afrikada ilk dəfə üzə çıxan qrupları olub. Əs-Səhravi daha əvvəl əl-Qaidənin Böyük Səhra ölkələri ilə əlaqələrinə cavabdeh olub. 2015-ci ildə isə əs-Səhravi İŞİD-ə beyət etdiyini açıqlayıb. Maraqlıdır ki, Bağdadi “Xorasan vilayəti”ndə təşkilata yeni qoşulan qruplardan danışır, ancaq bu zaman ad çəkmir.

Qeyd edək ki, “Xorasan Vilayəti” tarixən dini-siyasi cərəyanlar üçün əsas mərkəzlərdən biri olub. İŞİD “Xorasan vilayəti” olaraq Əfqanıstan, Pakistan və Hindistanın müsəlmanlar yaşayan Kəşmir bölgəsini, eləcə də Şərqi İran da Xorasan vilayətinə daxil edir. 2015-ci ildə Xorasan filialını elan edib. Eyni zamanda Bağdadi Şri-Lanka terrorunu dəstəkləyib və oradakı müsəlmanlara birlik olmağa tövsiyə edib.

Bağdadinin videosunda ən maraqlı detal isə “Türkiyə vilayəti” yazılmış qovluq olub. Ancaq məsələ ondadır ki, İŞİD buna qədər heç zaman “Türkiyə vilayəti” elan etməyib. Baxmayaraq ki, İŞİD yayınlarında Türkiyədən, İstanbuldan (İŞİD İstanbulu “Konstantiniyə” olaraq adlandırır - K.R.) bəhs olunub. Bu isə İŞİD-in Türkiyə ilə bağlı hansısa planlarının olduğunu deməyə əsas verir. Hər halda tərəfdarları da bu cür şüarlar yayır sosial şəbəkələrdə.

Maraqlıdır ki, Bağdadinin əlindəki qovluqlardan birində Tunisin adı qeyd olunur, ancaq vilayət olaraq deyil. Məlum olduğu kimi, Tunis “ərəb baharı”nın başladığı ilk olmaqla yanaşı vətəndaş müharibəsindən kənarda qalıb, bu ölkədə çoxpartiyalı sistem qurulub. Bunun əvəzində isə Tunis islamçıları İraq və Suriyaya axışıb. İŞİD tərkibində ən çox əcnəbi məhz Tunis vətəndaşları olub. Tunisə olan seçilmə isə bu ölkədə son aylarda İŞİD-in güclənməsi ilə bağlı məlumatlarla üst-üstə düşür.

Qeyd edək ki, mart ayında Bağuz qəsəbəsinin ələ keçməsindən sonra İŞİD-in rəsmən başa çatdığı elan olunub. ancaq bundan sonra İŞİD ard-arda Afrikanın bri neçə ölkəsində, eləcə də Şri-Lankada terror aktları törədib. Bununla da təşkilat məğlubiyyətə baxmayaraq hələ də güclü olaraq qaldığını göstərməyə çalışıb. Bağdadinin videosu isə İŞİD üzvlərinə ruh yüksəkliyi və hələ mövcudluq mesajlı verir. Həm də deyir ki, tərəfdarları qarşıda hələ uzun müharibəyə hazır olmalıdır.

Daha bir maraqlı detal isə Bağdadinin elan etdiyi İŞİD liderlərinin adları olub. Bunlar: Səudiyyə Ərəbistanından olan Əbdürrəhman əl-Anqari ət-Təmimi, İraqdan Əbu Hacir Əbdül Səməd əl-İraqi ət-Təblibi, Misirin Sinay yarımadasından (burada İŞİD-ə beyət etmiş Beyt əl-Makdis qruplaşması fəaliyyət göstərir - K.R.) Əbu əl-Vəlid əs-Sinavi, “Əbdul Hani əl-İraqi və Səudiyyə Ərəbistanından olan Əbu Musab əl-Hicazidir.

Maraqlıdır ki, Bağdadi xüsusi qəhrəmanlığını qeyd etdiyi media sahəsində çalışan çeçen, avstraliyalı və Belçikadan olan bir silahlının adını qeyd edir.

Maraqlıdır ki, İŞİD lideri ən son olaraq Sudan və Əlcəzairdə baş vermiş inqilablara toxunub. Ancaq maraqlıdır ki, əl-Qaidədən fərqli olaraq İŞİD lideri xalq etirazlarına dəstək verməyib. Bağdadi deyib ki, etirazlar rejimlərdən xilas olmaq üçün yetərli deyil, bir tiran gedəcək yerinə yenisi gətiriləcək. İrəli getmək üçün yeganə yolun cihad olduğunu bildirib.

İŞİD liderinin yüksək səviyyədə, mesajlarla dolu videosu bir sıra şifrələrlə zəngin idi. Ancaq ümumi olaraq bu o deməkdir ki, İŞİD hələ varlığını qoruyub saxlayacaq, Yaxın Şərqdəki məğlubiyyətin əvəzini nisbətən kənar regionlarda, Afrika və Cənub-Şərqi Asiya regionunda davam etdirəcək. Bunun üçünsə ilk növbədə təşkilatın varlığını qoruması, liderin çağırışları lazım idi. Lakin bu video həm də İŞİD tədricən əl-Qaidə kimi “yeraltı” təşkilata çevrildiyini, əvvəlki kimi torpaq üzərində hakimiyyətinin qalmadığını göstərir. (musavat.com)


İŞİD liderinin video-çıxışındakı MESAJLAR

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Qaraçı qızı polisə hər şeyi ETİRAF ETDİ - VİDEO
    Hər gün yolların kənarında görməyə adət etdiyimiz qaraçılar polis əməkdaşlarının davamlı tədbirlərinə baxmayaraq, yenə də küçələrdən yığışmırlar.
     20.07.2019
    Ailəsi sevdiyi qıza elçi getmədiyi üçün özünü öldürdü - Mahirin intiharının təfərrüatı (FOTOLAR)
    Xaçmaz rayonunun Nərəcan kəndində üç gün öncə baş verən intihar hadisəsinin təfərrüatı üzə çıxıb.
     20.07.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ