EURO 1,9267 NEFT 67,16
USD 1,7 RUB 0,0258
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:28.08.2017 10:47:28

Təlafəri Azadetmə Əməliyyatı komandiri Təlafər rayonunun mərkəz şəhəri Təlafərdəki bütün məhəllələrinin İŞİD terror təşkilatından azad edildiyini bildirib.

İslamazeri.com-un "Sumeriye News"a istinadən verdiyi xəbərə görə, Təlafəri İŞİD-dən Azadetmə Əməliyyatı komandanı Əbdülamir Rəşid Yarullah Təlafərin bütün məhəllələrinin terrorçularının işğalından xilas olduğunu bildirdi.

Yarullah sözlərini belə davam etdirib: İraqın 9-cu zirehli qoşunları ilə "Həşdi Şabi" qüvvələri, əs-Sanaul-Şomaliyə, əl-Muariz, Bəvabət Təlafər bölgələrilə ər-Rahmə kəndini İŞİD-dən azad edib.

Komandan əlavə edib ki, "Beləliklə Təlafərin mərkəzindəki bütün məhəllələr azad edilib və hazırda yalnız qarşıdurmaların davam etdiyi Ayaziyət bölgəsilə ətrafındakı kəndlərinə yönəltmişik."

İraq Ordusu Quru Qüvvələri komandiri Riyad Tofiq isə bu gün Təlafərə tam nəzarət edildiyi və ordunun böyük qələbələrə nail olduğunu bildirmişdi.

"Həşdi Şabi"yə bağlı bəzi qaynaqlar da daha əvvəl İŞİD terrorçularının Təlafərin şimalına qaçdığını açıqlamışdı. Bu mənbələrə görə, İraq xalq birlikləri IŞİD tərəfindən yerləşdirilən bombaları təsirsiz hala gətirib.

İraq Müdafiə Nazirliyi də etdiyi açıqlamada, silahlı qüvvələrin Təlafər şəhərinin bütün nöqtələrinə nəzarət etdiyini bildirib.

"Al Mayadeen" TV kanalı da İraq qüvvələrin Təlafərin mərkəzində toplaşaraq, qələbəni qeyd etdiklərini bildirib.

"Həşdi Şabi" rəhbəri Falih Fəyyaz da, Təlafər qələbəsini könüllü və digər hərbi qüvvələrlə qeyd edib.


İraqın türkman şəhəri İŞİD işğalından tamamilə azad edildi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Əli Kərimlinin saxlanılması ilə bağlı RƏSMİ açıqlama yayıldı
    AXCP-nin sədri Əli Kərimli başda olmaqla aksiyanın təşkilatçıları olan 11 nəfər saxlanılıblar
     18.11.2018
    ABŞ Suriyada daha 40 dinc sakini qətlə yetirdi
    ABŞ BMT və beynəlxalq aləmin sükutu və reaksiyasızlığı kölgəsində Suriyada mülki qətliamını davam etdirir.
     18.11.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ