1. http://www.islamazeri.com/
  2. MÜSAHİBƏ

Kateqoriya : MÜSAHİBƏ

Yayınlanma tarixi:24.01.2021 11:00:55

İspaniyalı müsəlman xanım Məryəm Martinz üç uşaq anasıdır. Öz ailəsini və dini hüquqlarını qoruya bilmək üçün İspaniyadan İngiltərənin Uels şəhərinə mühacirət edib.

İslamazeri.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, o, Beynəlxalq Shafaqna xəbər agentliyinin İspaniya şöbəsinə verdiyi müsahibədə həyatı, müsəlman olması, şiə məzhəbi ilə tanışlığı barədə və qərb ölkələrində yaşayan müsəlmanların problemlərindən danışıb.

Məryəm Martinz: Adım Məryəmdir. İspaniyanın Barselona şəhərində doğulmuşam. Ailədə 4 qardaş və 4 bacıyıq. Ailəm kasıb olduğu üçün məni xristian rahibələrin təhsil aldığı məktəbə göndərdi ki, orada dərs oxuya və kasıblığın sıxıntılarından uzaq qala bilim. Mən dərslərimi yaxşı oxudum. Sonralar təhsilimi psixologiya və hüquq ixtisasları üzrə davam etdirdim. Amma Ali təhsili başa vura və diplom ala bilmədim. Çünki 17 yaşımda ata-anamdan uzaq, tək və heç bir dəstəyim olmadan kasıb yaşayırdım və işləməyə məcbur idim.

Uşaqlığımdan çalışqan, bilmədiyim hər bir şeyi öyrənməyə maraqlı, çətinlikdən qorxmayan və öz batinini kəşf etmək istəyən biri idim. Həmişə bizi qoruyan fövqəlada bir varlığın mövculuğuna inanırdım. Həyatımın enişli-yoxuşlu yollarını keçdikdən və İslam dini ilə tanış olduqdan sonra özümü tapdım. Sonra da dostum, həyat şərikim və həyat yoldaşım ilə tanış oldum. O, Küveytlidir. Ailəsi isə İraqın Bağdad və Nəcəf şəhərlərindəndirlər. Biz Almaniyada iranlı bir ruhaninin oxuduğu nikah ilə evləndik. Üç övladımız uşaq ikən onları İslami dəyərlərlə tərbiyə edə bilmək üçün Uelsə, ərimin qohumlarının yanına mühacirət etdik. Uelsdə şiələr sakit və aram bir cəmiyyət yaradıblar. Müxtəlif yerlərdən olan insanlar bir-biri ilə hörmətlə və mehriban davranırlar. Övladlarım böyüyüblər, təhsillərini davam etdirirlər, mömin, inanclı və düzgün insandırlar.

 

Shafaqna: İslam dini ilə necə tanış oldunuz?

Məryəm Martinz: Mən İslam dini ilə ilk dəfə 1976-cı ilin Baharında tanış oldum. Qəzet köşklərindən birinin qarşısında bir şəkil diqqətimi özünə cəlb etdi. Şəkildəki qara əmmaməli kişiyə buynuz qoymuşdular.

Müsahibənin davamı üçün keçid


İslam dinini qəbul edən İspaniyalı Məryəmin həyat hekayəsi: Həzrət Fatimə, İmam Əli mənim üçün...

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Mirhəmid Məmmədov: Papanın Ayətullah Sistanilə görüşü çox səmərəli oldu
    İlahiyyatçı alim Mirhəmid Məmmədov: Düşündüyümə görə, bu görüşün dünyada və reqionda sülhün bərqərar olmasında böyük rolu olacaqdır
     6.03.2021
    Hacı Surxay Məmmədli: Bu görüş tarixə qızıl hərflərlə yazılacaq
    Hacı Surxay Məmmədli: Bu səfər İslamafob təfəkküründə olan mənfur niyyətli ünsürlərin alt üst etdi
     6.03.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ