EURO 1,9369 NEFT 62,38
USD 1,7 RUB 0,0256
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:14.06.2018 13:18:23

"Podemos" partiyasının lideri İsrail rejimini sərt tənqid edib.

İslamazeri.com-un “ParsToday”-ə istinadən verdiyi xəbərə əsasən, İspaniyanın “Podemos” partiyasının lideri Pablo İqlesias Turrion Qəzza sektorunda fələstinlilərin qətlə yetirilməsini tənqid edərək, İsraili “qeyri-qanuni rejim” adlandırıb.

O, İsrail rejiminin beynəlxalq hüquqa məhəl qoymadan yürütdüyü irqçi siyasət və hərəkətlərini göstərərək qeyd edib ki, bu cür qeyri-qanuni rejimlə daha qəti şəkildə mübarizə aparmaq lazımdır.

Turrion həmçinin deyib ki, söhbət beynəlxalq siyasətdən gedərkən, o və onun partiyası beynəlxalq hüququ müdafiə etməyə davam edirlər.

Xatırladaq ki, bir neçə gün öncə İspaniyanın Valensiya şəhərinin rəhbərliyi İsrail rejiminin hərəkətlərini pisləyib və plan qəbul edib. Həmin plana əsasən şəhərin vəzifəli şəxsləri İsrail rejimi istehsalı olan məhsullara olan boykot, sərmayə yatırılması qadağasını və embarqoları dəstəkləməlidir.

Avrpalıların İsrail rejiminə olan etirazları ABŞ səfirliyinin Qüds şəhərinə köçürülməsindən və  Qəzza sektorundakı qətllərdən sonra daha da şiddətləndi. Avropa İttifaqı ABŞ-ın addımını və İsrail rejimi tərəfindən dinc fələstinlilərin qətlə yetirilməsini pislədi.

Qeyd edək ki, Fələstindəki son hadisələr zamanı  təxminən 130 fələstinli qətlə yetirilib, 14 mindən çox insan isə yaralanıb.


İspan partiya lideri: İsrail ilə mübarizə aparmaq lazımdır!

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İranın tamamilə yerli olan radarı xidmətə başlayıb
    İranlı mütəxəssislərin dizayn və istehsalını reallaşdırdıqları İranın daha bir yeni radar sistemi ölkənin cənub-şərqində xidmətə başlayıb.
     20.01.2019
    Qubad İbadoğlu: İdarəetmədə struktur islahatlar üçün konsepsiya olmalıdır - VİDEO
    "Bu, son nəticədə Azərbaycanın Qafqazda regionun lideri, iqtisadi qüdrətli dövləti mövqeyinin əldən verilməsinə gətirib çıxaracaq."
     20.01.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ