İsrail hərbçilərinin Hebron məntəqəsində qoca bir fələstinlini maşınla əzməsindən sonra 75 yaşlı fələstinli şəhid oldu.

Şahab xəbər agentliyinin verdiyi məlumata görə, Hebron məntəqəsinin cənubunda müdafiə komitələri fəallarından olan Fuad Əl-Amur bildirib ki, Şeyx Süleyman əl-Həzleyn ağır yaralanıb və sionist əsgərlər onu və hadisə zamanı ağır yaraladıqları digər dörd fələstinlini yaralı vəziyyətdə qoyaraq oradan qaçıblar.
Qeyd edək ki, ötən çərşənbə günü Ramallahın şimalında Cəlcəliya kəndində 80 yaşlı fələstinli Əbdül Məcid Əsəd də sionist hərbçilər tərəfindən döyülərək, şəhid edilmişdi.
İsrail əsgərlərindən qandonduran cinayət: 75 yaşlı fələstinli qocanı bu cür qətlə yetirdilər