EURO 1,8914 TRY 0,2499
USD 1,7 RUB 0,0247
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:16.05.2020 12:59:55

İsrail hökuməti tibbi marixuana ixracına dair yekun qərarını verib.

İslamazeri.com  xəbər verir ki, bu haqda "The Times of Israel" nəşri yazıb.

Qeyd olunur ki, İsrail artıq tibbi marixuananı başqa ölkələrə satmağa icazə verməklə bağlı yekun qərarını açıqlayıb.

Bu sənayenin ölkəyə yüz milyonlarla dollar gəlir gətirməsi gözlənilir. İqtisadiyyat naziri Eli Koen müvafiq fərmanı imzalayıb. Nazirlər Kabineti bu qərarı hələ 2019-cu ilin yanvarında bəyənsə də, o, lazımi müzakirələrdən keçmək üçün Maliyyə və Səhiyyə nazirliklərinin xüsusi Komitələrinə göndərilib.

Məmurlar bütün lazımi sənədləri hazırlayıblar. Marixuana ixracatçıları məhsulu digər ölkələrə satmaq üçün İsrail Səhiyyə Nazirliyindən xüsusi icazə almalıdırlar.

Sputnik bildirir ki, İsraildə çətənə becərilməsi ilə məşğul olan ən azı səkkiz, marixuana istehsalı və satışı ilə məşğul olan daha bir neçə şirkət mövcuddur. Məlumdur ki, onların bir qismi artıq xarici alıcılarla ticarət əlaqəsi qurmaq istədiklərini bildiriblər.

İsraildə bu bitkidən alınan məhsullardan tibbi məqsədlər üçün istifadə edilir və onun rekreasiya istifadəsi qismən dekriminallaşdırılıb. Hakimiyyətin bu barədə müvafiq qərarı 2017-ci ildə verilib.

Keçmiş nazirlər, generallar, polis rəisləri və deputatlar...

 Kannabis - tibbi narkotika kimi satılacaq marixuananın istehsalını həyata keçirən şirkətə İntercure adlı investisiya kompaniyasının dəstək verməsi bəzi suallara səbəb olub. İntercure şirkətinə hazırda eks baş nazir, eks Hərbi Kəşfiyyatın rəisi, eks müdafiə naziri və qərargah rəisi Ehud Barak rəhbərlik edir. Kannabisin istehsalına pul yatıran tanınan İsrail rəsmilərindən təkcə eks baş nazir Ehud Barak deyil, bundan başqa bu tibbi narkotika ticarətilə məşğul olanlar arasında sabiq baş nazir Ehud Olmert, sabiq səhiyyə naziri Xaim Ramon və Dani Nave (fərqli vaxtlarda nazir olublar), sabiq Polis Baş İnpektoru Yoxan Danino, sabiq demuptat İfat Kariv, Britaniyada səfir olmuş Ron Prosor, sabiq nazir Orit Noked, kimya üzrə Nobel laureatı Aaaron Çexanover məşğul olurlar. Media siyahının tam olmadığını da qeyd edir.

Olmertin 2 milyonu marixuananın istehsalı üçün...

Univo adlı kannabis - tibbi narkotika istehsalı həyata keçirən digər şirkətə sabiq baş nazir Ehud Olmertin 2 milyon şekel (952 min AZ) investisiya qoyduğu önə çəkilir. KİV bildirir ki, bu ticarətə İsrail Ordusunun sabiq generalları, İsraildə tanınan elm adamları və sabiq Polis rəisləri də xeyli miqdarda pul yatırıblar.


İsrail narkotikanı xarici ölkələrə satacaq - rəsmiləşdirdilər...

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Türkiyə Ordusunda FETÖ əməliyyatı: Zabit kimi işləyən 98 nəfər tutuldu - VİDEO
    Anti-terror əməliyyatlar zamanı Fətullah Gülənə bağlı olan hərbçilərin ordudan təmizlənərək məsuliyyətə cəlb edilməsi prosesi sürətlə davam edir
     02.06.2020
    Maduro İrana səfərə hazırlaşır
    Venesuela Prezidenti Nikolas Maduro İrana səfər edəcək.
     02.06.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ