EURO 1,858 TRY 0,2502
USD 1,7 RUB 0,0238
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:29.01.2020 14:19:43

İsraildə Netanyahuya yaxınlığı ilə bilinən “Makor Rishon” qəzeti Türkiyənin Milli Təhlükəsizlik Təşkilatı (MİT) rəhbəri Hakan Fidanı hədəf alan məqalə dərc edib

İslamazeri.com xəbər verir ki, İsraildə Netanyahuya yaxınlığı ilə bilinən “Makor Rishon” qəzeti Türkiyənin Milli Təhlükəsizlik Təşkilatı (MİT) rəhbəri Hakan Fidan İranın ABŞ terroru ilə qətlə yetirilən İnqilab Keşikçilər Korpusunun komandanı general Qasim Süleymani ilə oxşar cəhətləri yazılıb.

Pazit Rabin imzası ilə yazılan məqalədə Süleymaninin ABŞ, İsrail üçün təhlükə yaratdığı kimi Türk Kəşfiyyatının rəhbəri Hakan Fidanın da təhlükəli olduğuna işarə edib.

“İndi Qasim Süleymanin torpaq altında yatdığına görə, onun əkizi olan Türkiyənin Milli Təhlükəsizlik Təşkilatı (MİT) rəhbəri Hakan Fidanın planlarına diqqəti cəm etmək vaxtıdır.”, -deyə məqalədə qeyd edilir.

Türkiyə və İranın bölgədə ortaq hədəfləri olduğunu önə çəkən Rabin, Fidan və Süleymaninin ABŞ-ın İrana qarşı sanksiyalarını pozmaqda “ittiham olunduğu”, Suriya müharibəsində isə fərqli tərəfdə olsalar da silahlı qruplaşmaları dəstəklədikləri, maliyyə yardımı ayırdıqları və silahlandırdıqlarını iddia edib.

“Fidanın əsası altında müqavimət qrupları toplanaraq bir üsyan ordusu quruldu. Türkiyə Kəşfiyyat Servisi, sərhəddən kənar neft qaçaqmalçılığı və satışını idarə etdi. Türkiyədəki xəstəxanalarda üsyançılara saxta sənədlə müalicə almalarını təmin etdi.”, -deyə məqalədə qeyd olunur.

Netanyahuya yaxın olan qəzet Fidanı Neo-Osmanlı ideologiyasının ayrılmaz bir parçası olduğunu da qeyd edib.

“Süleymani və Fidan arasındakı bölgəsəl siyasət fikirlərindəki oxşarlıq sadəcə Suriya və İraq ilə bitmir.”, - fikirləri qeyd olunan məqalədə “Süleymani İranın bölgəsəl hegemoniya arzusu üçün iş görürdüsə, Fidan Türkiyəni tarixi bir imperatorluq olaraq yenidən qurulmasını hədəfləyən Neo-Osmanlı ideologiyasının ayrılmaz bir parçasıdır.”, -deyə iddia olunur.

Məqalədə Fidan və Süleymani arasındakı ən böyük fərqin Süleymaninin məzarı üstündə göz yaşı tökən Xameneinin ona yaxın olması, Fidan və Ərdoğan əlaqələrinin isə çox qarışıq və şübhəli olduğu önə çəkilir.

Nütanyahuya yaxınlığı ilə tanına qəzet Fidanın çox şey bildiyi üçün Ərdoğanın onu işdən azad etmək istəmədiyini də qeyd edir.

“Hakan Fidan çox şey bildiyi üçün, Ərdoğan və ailəsi onu qovmaya risk etmir. Fidanın İranyönlü olduğu yaxşı bilinir.” - deyə Rabin yazır.

Rabit sabiq müdafiə naziri Ehud Barakın Türkiyəyə bununla bağlı xəbərdarlıq etdiyini iddia edərək, “Türkiyə, Fidanın Tehrana yaxınlığına görə, Türkiyə Kəşfiyyatının rəhbəri olaraq təyin edilməsinin nəticələrilə bağlı xəbərdarlıq olundu. O zamanlar İsrail ilə Türkiyə arasında hələ yaxşı əlaqələr mövcud idi.”, - deyə qeyd edib.

Məqalədə Washington Post-un Davud Ugnasiusun 2013-cü ildəki xəbəri xatırlanaraq, Türkiyənin 10 nəfərlik bir İsrail casus şəbəkəsinin çökdürülməsindən sonra İsrail ilə Türkiyə arasında illərdir sürən təhlükəsizlik və kəşfiyyat işbirliyinin sona çatdığı önə çəkilir.

Qeyd edək ki, FETÖ dəfələrlə Hakan Fidanı hədəf göstərmiş, hətta prokurorluq fətullahçı terrorçuların əlində olduğu zamanlarda onu ifadə verməyə belə çağırmışdı.


İsrail qəzeti: Süleymani öldüyünə görə növbə əkizi Hakan Fidanındır - ƏTRAFLI

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanda açıq havada keçirilən idman yarışlarına icazə verildi
    Lakin yarışlarda tamaşaçılar iştirak etməyəcək.
     29.05.2020
    Restoran, kafe və çay evlərində xidmət saatları artırılır
    Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
     29.05.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ