EURO 1,8811 TRY 0,2982
USD 1,7 RUB 0,0264
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HƏRBİ

Kateqoriya : XƏBƏRLƏR

HƏRBİ

Yayınlanma tarixi:05.05.2019 14:18:42

İsrail Ordusunun Qəzzaya qarşı hava hücumu nəticəsində binalar dağıdılıb, media ofisləri yerlə yeksan edilib

İsrail Ordusunun Qəzzaya qarşı hava hücumu nəticəsində binalar dağıdılıb, media ofisləri yerlə yeksan edilib.

İslamazeri.com xəbər verir ki, İsrail Ordusu gecə 400-450 raketlə 220 hədəfi; Qəzzadakı evlər, ofislər və ictimai binaların olduğu əraziləri hədəfə alıb.

Hücum zamanı həmçinin Türkiyənin Anadolu Agentliyinin Qəzza ofisi də vurulub. Ümumilikdə bu saata qədər 7 fələstinli, o cümlədən uşaqlar şəhid olub, 70 nəfər yaralanıb. İsrail tərəfi 10 yaralının olduğunu, 1 nəfərin öldüyünü bildirir.

HƏMAS-ın İzzəddin Əl-Qəssam və İslami Cihadın "Qüds" müqavimət briqadalarından ilk cavab 450 raket olub. Hər iki müqavimət briqadası hələ bu ilk cavab olduğunu bildiriblər.

Raketlər yaxın və orta mənzilli olub. İsrail mediasına itkilər haqqında məlumat yaymaq qadağası verilib.

Buna baxmayaraq bəzi məlumatlara görə, İsrail tərəfi itki verir, hətta İsrailin Daxili İşlər naziri Arye Deri özünün sosial şəbəkə profilində raket zərbələrinə görə sığınacağa düşdüyünü əks etdirən foto paylaşıb. İsrail mediası isə bir az əvvəl Aşkelon, Beer Şeev, Rexovotda həyəcan siqnalı verildiyini və insanların sığınacaqlara qaçdığını qeyd edir. Aşkelonda Qəzzadan atılan bir raketin istehsal müəssəsinə tuş gəldiyi və binanın yararsız hala düşdüyü qeyd edilir.

İsraillilərin sosial şəbəkədə yaydıqları videolar:


İsrail Qəzzaya 400 raket atıb, HƏMAS və İslami Cihaddan ilk cavab; 450 raket - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Müqavimətin yanında qalacağıq - Bəşər Əsəd
    Suriya prezidenti keçən həftə həmkarlar ittifaqlarından ibarət 150 xarici nümayəndə heyətini qəbul edib
     18.09.2019
    Uşaqları zərərli informasiyalarla “zəhərləyənlər” dörd min manatadək cərimələnəcək
    Azərbaycanda uşaqların zərərli informasiyadan qorunması haqqında qanunvericiliyin pozulmasına görə cərimələrin məbləği müəyyənləşib.
     18.09.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ