1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:12.08.2018 10:31:45

İsraildə dünən etiraz aksiyaları keçirilib

İslamazeri.com İsrail mediasına istinadən xəbər verir ki, dünən axşam saatlarında 1000 nəfərin iştirakı ilə Qəzza ilə sərhəddə yaşayan yəhudilər Tel-Əvivdə Xa-Şalom dəmiryolu stansiyası yaxınlığında aksiya keçiriblər. Onlar   höküməti Otef-Aza və Qərbi Neqevdə təhlükəsizlik problleminin həlli üçün addım atmağa çağırıblar.

Aksiya iştirakçılarının əlində "İsrail yanır - təhlükəsizlik tələb edirik!" plokatları tutublar.

 Eti Pesto adlı etirazçı mediaya açıqlamasında "Biz tələb edirik ki, hökümət açıqlama versin; nə istəyir və nəyi həll edib. Biz ona görə etiraz edirik ki, hökümətin siyasəti yoxdur.", -deyə bildirib.

Alon Braun adlı etirazçı da höküməti tənqid edib. O "Biz 17 ildir dəlixana reallığında yaşayırıq. Bizə HƏMAS-ı bitirəcəklərini bildirirlər, amma biz təhlükəsizliyimiz olmadan davamlı təzyiqlər altında yaşayırıq. Biz baş nazirdən və müdafiə nazirindən bizim təhlükəsizliyimizi həmişəlik qaytarmasını tələb edirik. Bu, onların vəzifəsidir. Əgər bacarmırlarsa, şəxsi qərarlar qəbul etsinlər.", -deyə əlavə edib.

Digər aksiya iştirakçısı isə deyib: "Hökümət bizim məsələni həll etmək istəmir. Biz yenə müharibəyə qayıtdıq, biz nəyi gözləyirik. Vəziyyət dözülməzdir. Biz nişangaha çevrilmişik."


İsraildə etirazlar: Bizə təhlüksizliyimizi geri qaytarın! - FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ərbəin zəvvarları üçün İran və İraqda Azərbaycan şəhidlərinin adına xeymələr quruldu - FOTO
    İslamazeri.com saytının "Sosial Şəbəkə" rubrikası xəbər verir ki, Facebook istifadəçiləri İran və İraqda Azərbaycan şəhidlərinin adına İran və İraqda xeymələrin qurulmasıyla bağlı məlumatlar dərc edirlər. Qeyd edilir ki, bu xeymələrdə zəvvarlar üçün müxtəlif xidmətlər göstərilir...
     21.10.2018
    İranın millət vəkili Tehranda Səməd Vurğunun şeirini dedi - VİDEO
    İran kuboku çərçivəsində keçirilən “Urmiya 90” və “Perspolis” görüşü zamanı çəkilən görüntülər maraqla qarşılanıb.
     21.10.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ