XƏBƏRDARLIQ PƏNCƏRƏSİ

Məlumatı əldə etmək üçün 18 yaşından böyük olmağınız lazımdır...

BƏLİ, 18 YAŞINDAN BÖYÜYƏM XEYR, 18 YAŞINDAN KİÇİYƏM
EURO 1,8968 TRY 0,2888
USD 1,7 RUB 0,0264
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:16.01.2019 17:09:08

İsraildə bu məlumatın mediada yayılması üçün bir müddət senzura tətbiq edilib

İslamazeri.com xəbər verir ki, İsraildə hakimlik vəzifəsinə təsdiq edilməsi üçün qadın hakim namizədlərdən birinin görünmmiş rüşvətinin üstü açılıb.

İsraildə bu məlumatın mediada yayılması üçün iki həftə senzura tətbiq edilib. Lakin bir müddət əvvəl bu məlumatın mediada yayımlanmasına qoyulan senzura götürülüb və təfərrüatlar məlum olub.

Söhbət müxtəlif hakimlik postlarına namizəd qadınların və xüsusilə bir qadın hakim namizədin rüşvət üçün özünü -  yəni cinsi əlaqə təklif etməsindən gedir.

Ordu müxbiri olan jurnalist Adas Ştayf ittiham və araşdırmaların iki həftə öncə polisdə başladıldığını açıqlayıb.

İstintaq araşdırmasına İsrailin baş prokuroru Şay Nitsan özü rəhbərlik edir.
İsrailin walla portalı yüksək rütbəli məhkəmə məmurunun həbs edildiyini yazıb.

Qeyd edilir ki, "etika və əxlaq normaları"nın ciddi pozulması və "seks rüşvəti" qəbul etdiyinə görə, bu adı açıqlanmayan məhkəmə sisteminin məmuru həbs olunub.
Polis Tel-Əvivdə əsas şübhəlinin evində və ofisində axtarış aparıb; kompüterlər, notbuklar və smartfon telefonlar götürülüb. Adı açıqlanmayan məhkəmə məmurunun çox yüksək postda olduğu və işin istintaqını "Laxav 433" - korrupsiyaya qarşı mübarizə qurumunun apardığı deyilir.
İsrail məhkəmə sistemindəki "zəlzələ" adlandırılan bu qalmaqalla bağlı BAQATS (Ali Məhkəmə Sistemi və ya ali hakimlər kollegiyası) sədri Ester Xayyut məruzə üçün çıxışı tələb ediləcək.
Dindirilənlər arasında hakimləri seçən qurumun üzvləri, həmçinin Ədliyə naziri Aelet Şakedin də olacağı önə çəkilir.
Dəqiq dindiriləcək məmurların da adı mediaya məlum olub. Onlar BAQATS hakimləri Xanan Maltser və Neyla Xandel, həmçinin Vəkillər Kollegiyasının sədri Effi Nave, deputatlar Robert İlatov və Nurit Korendir.
Həbs olunanla əlavə iki məmurun da tutulduğunu yazan İsrail mediası Ədliyə nazirliyinin dəftərxanasının sədri Aelet Şakedin məsələ ilə əlaqəsinin olmadığını bildirdiyini qeyd edir.


İsraildə Məhkəmə Sistemində "zəlzələ": Hakimliyə namizəd qadının ŞOK "rüşvət"inin üstü açılıb 18+

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • 10 min dollardan artıq kreditlərlə bağlı təkliflər hazırlanıb
    Son vaxtlar 10 min dollardan çox olan problemli kreditlərlə bağlı güzəştlərin ediləcəyi bildirilir.
     25.04.2019
    Azərbaycanda benzinə alternativ yaranır - 200 milyonluq qənaət
    Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Azərbaycanda avtomobillərin gələcəkdə təbii qaza (CNG) keçməsinin üstünlükləri ilə bağlı araşdırma aparıb.
     25.04.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ