1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:15.04.2019 12:12:50

İsraildə narkotika ticarəti - tibbi narkotika satışı adı ilə leqallaşıb

İslamazeri.com İsrail mediasına istinadən xəbər verir ki, tez bir zamanda İsraildə evə marixuana çatdırılması reallaşacaq. Narkotik maddələr "tibbi marixuana" - kannabis adı ilə satışa çıxarılması İsrail mediasının əsas gündəm mövzularından birinə çevrilib. "Mamon" portalı dünən bu haqda geniş yazı dərc edib.

Qeyd edilir ki, bu "tibbi narkotika" "Super farm" şəbəkəsi tərəfindən qanuni satışla məşğul olacaq.

Evə nəşə(marixuana) çatdırılması 14 manata...

Evə çatdırılan narkotik maddə 29.90 şekel (14 AZN) satılacaq. 

Evə çatdırılma xidmətini isə "Xafuz" adlı kuryer şirkəti öz üzərinə götürüb; bu şirkətə kannabis (tibbi narkotik maddə) daşınması üçün rəsmi lisenziya belə verilib. Zirehli avtomobillə daşınan narkotika silahı mühafizəçilərin müşaiyəti altında evlərə çatdırılacaq. Bu xidmətin 2020-ci ildə start verəcəyi qeyd olunur.

İsrail mediasının yazdığına görə, bundan başqa apteklər də kannabis satışı ilə məşğul ola biləcək.

İlkin olaraq tibbi narkotika 25 filialda 1000 nəfər üçün satılır.

Bundan başqa 20 apreldən adi apteklərdə də tibbi marixuananın satışı başlayacaq.

İsrail mediası bu leqal narkotik ticarətinin görünməyən tərəfini də dərc edib. 

Keçmiş nazirlər, generallar, polis rəisləri və deputatlar...

Belə ki, Kannabis - tibbi narkotika kimi satılacaq marixuananın istehsalını həyata keçirən şirkətə İntercure adlı investisiya kompaniyasının dəstək verməsi bəzi suallara səbəb olub. İntercure şirkətinə hazırda eks baş nazir, eks Hərbi Kəşfiyyatın rəisi, eks müdafiə naziri və qərargah rəisi Ehud Barak rəhbərlik edir. Kannabisin istehsalına pul yatıran tanınan İsrail rəsmilərindən təkcə eks baş nazir Ehud Barak deyil, bundan başqa bu tibbi narkotika ticarətilə məşğul olanlar arasında sabiq baş nazir Ehud Olmert, sabiq səhiyyə naziri Xaim Ramon və Dani Nave (fərqli vaxtlarda nazir olublar), sabiq Polis Baş İnpektoru Yoxan Danino, sabiq demuptat İfat Kariv, Britaniyada səfir olmuş Ron Prosor, sabiq nazir Orit Noked, kimya üzrə Nobel laureatı Aaaron Çexanover məşğul olurlar. Media siyahının tam olmadığını da qeyd edir.

Olmertin 2 milyonu marixuananın istehsalı üçün...

Univo adlı kannabis - tibbi narkotika istehsalı həyata keçirən digər şirkətə sabiq baş nazir Ehud Olmertin 2 milyon şekel (952 min AZ) investisiya qoyduğu önə çəkilir. KİV bildirir ki, bu ticarətə İsrail Ordusunun sabiq generalları, İsraildə tanınan elm adamları və sabiq Polis rəisləri də xeyli miqdarda pul yatırıblar.


İsraildə narkotika ticarəti leqallaşdı; Sabiq nazirlər, generallar istehsal şirkətlərinə milyonlar yatırır

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Temperatur 40 dərəcəyə çatacaq
    Ekologiya və Təbii Sərvətlər Nazirliyi 19 iyulda gözlənilən hava şəraitini açıqlayıb.
     18.07.2019
    Nazirlik məlumat yaydı: Bu şəxslər 800 manat cərimələnəcək - XƏBƏRDARLIQ
    Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edərək müvəqqəti yaşadıqları yer üzrə nazirliyin saytında qeydiyyatdan keçərək məlumat vermələrini tələb edir.
     18.07.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ