EURO 1,8968 TRY 0,2888
USD 1,7 RUB 0,0264
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HƏRBİ

Kateqoriya : XƏBƏRLƏR

HƏRBİ

Yayınlanma tarixi:22.01.2019 13:12:34

Ara-sıra qeyri adi xəbərləri ilə tanınan, hərbçi və kəşfiyyatçıların nəzarətində olan "Debkafile" saytı İsrailə İran tərəfindən bir raket atıldığı iddia edib

Qeyri adi xəbərləri ilə tanınan, hərbçi və kəşfiyyatçıların nəzarətində olan "Debkafile" saytında İsrailə Suriyadan İran tərəfindən Fateh-110  raket atıldığı iddia olunub.

İslamazeri.com xəbər verir ki, "Debkafile" saytı yanvarın 20-də İsrailə atılan Fateh-110 raketi hücumula bağlı yazı paylaşıb. Yazı İsrail Ordusunun qısa açıqlamasından sonra yayılıb. Belə ki, sayt yazıb ki, İranın Keşikçilər Korpusunun "Qüds" briqadasının komandanı general Qasim Süleymaninin əmrilə İsrailə Suriya ərazisindən "Fateh 110" raketi yoxlama məqsədilə atılıb. Sayt iddia edir ki, bu hücum İran tərəfindən həyata keçirilən ikinci hücumdur. Birinci hücum ötən ilin dekabr ayının 25-də həyata keçirib. O dəfə hücum "Fəcr5" raketi vasitəsilə reallaşıb.

İsrail kəşfiyyatçıları və hərbçilərin yanvarın 20-də İsrailin hədəfi alınması zamanı istifadə edilən Fateh-110 raketinin İsrailin "Dəmir qübbə" adlı havadan müdafiə sistemi tərəfindən zərərsizləşdirildiyini yazıb.

İsrailin "Debkafile" saytı acı etirafla dünən İsrailin iddia etdiyi "Suriyada İran bazalarını vurma əməliyyatı" zamanı İranın Fateh-110  raketinin atıldığı hərbi bazasının vurulmadığını da qeyd edib. Xatırladaq ki, Suriya İsrailin hücumu zamanı 6 raketdən 5-nin vurulduğunu, 1-nin isə açıq sahəyə düşdüyünü elan etmişdi. 

Qeyd edək ki, Fateh-110 İranın Aviasiya Sənayesi Təşkilatı tərəfindən istehsal edilən "yer-yer" tipi qısa mənzilli ballistik raketdir. İran bu raketin yekun sınaq uçuşunu 2002-ci ilin sentyabr ayında həyata keçirib. Bu sınaqdan bir neçə həftə sonra, sentyabr ayının ortalarında Aviasiya Sənayesi Təşkilatı Fateh-110 ballistik raketlərinin seriyalı istehsalını təşkil etmək məqsədilə yeni zavodun açılışını edib. İlkin məlumatlarda raketin atəş məsafəsi 200 km olaraq göstərilsə də, 2004-cü ilin sentyabr ayında raketin hazırkı atəş mənzilinin 250 km olduğu və gələcəkdə ehtiyac yaranacağı təqdirdə bu məsafənin daha da artırılmasının mümkün olduğu qeyd edilib. 2012-ci ildə iranlı rəsmilər dördüncü nəsil Fateh-110 ballistik raketinin 300 km məsafədə yerləşən hədəfləri yüksək dəqiqliklə məhv etmək gücündə olduğunu açıqlayıb. 

Onu da qeyd edək ki, bu raketlər İranın qısa mənzilli balistik raketləridir. İranın bilinən Şahab və Siccil raketləri 2000-3000 km dəqiqliyə sahib raketlərdəndir. Məhz İsrail və ABŞ tərəfi adətən bu raketlərin istehsalının dayandırılması üçün beynəlxalq arenada çağırışlar edir.


İsrailə Süleymaninin əmrilə Fateh-110 raketi atılıb - İsrail Kəşfiyyatına bağlı sayt

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda arvad ərini döyüb xəstəxanalıq etdi
    Döyülmə hadisəsi Nardaran-Maştağa qəsəbəsi, Yeni yaşayış massivində qeydə alınıb.
     25.04.2019
    10 min dollardan artıq kreditlərlə bağlı təkliflər hazırlanıb
    Son vaxtlar 10 min dollardan çox olan problemli kreditlərlə bağlı güzəştlərin ediləcəyi bildirilir.
     25.04.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ