Təcili

Məlumat

  1. http://www.islamazeri.org/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:21.01.2022 11:02:52

Fələstini işğal etmiş rejimin BMT-dəki nümayəndəsi Gilad Ardanın bu təşkilatdakı çıxışı gülüş obyektinə çevrilib.

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, İsrail rejiminin nümayəndəsi əliyalın fələstinlilərin işğalçıların odlu silahlarla hücumları qarşısında özlərini müdafiə üçün istifadə etdikləri yeganə silah olan daşı-kərpici terrorçuluq aləti kimi təqdim edib və bununla da dünya ölkələrini qane etməyə cəhd göstərib.

İsrailin BMT-dəki təmsilçisinin vaxtı ilə bu rejimin keçmiş baş naziri Benyamin Netanyahonun gülünc hərəkətlərini yada salan bu tamaşası dünya səviyyəsində geniş reaksiyalara səbəb olaraq həm də gülüş obyektinə çevrilib.

Dünya səviyyəsində sosial şəbəkə istifadəçiləri belə suallar paylaşıblar:

"Özünü daşla müdafiə edən əliyalın fələstinlilər terrorçudur?"

Ən modern silahlarla fələstinliləri Fələstin torpaqlarında hədəfə alan sionist hərbçilər sülh göyərçinləri, öz ata-baba torpaqlarında təpədən dırnağadək silahlanmış işğalçılar qarşısında özünü daş-kəsəklə müdafiə edən fələstinlilər isə terrorçudur!!??

Xatırladaq ki, sionist rejimin Haarets qəzeti bu rejimin fələstinli uşağları qətlə yetirməkdəki cinayətlərini etiraf edib. Qəzet yazır ki, Qəzzəyə qarşı son müharibədə sionist rejimin hərbi təyyarələri 9 aylıq körpədən tutmuş, 6, 8 və 13 yaşlı 67 uşağı şəhid edib.


İsrailin BMT-dəki təmsilçisindən GÜLÜNC İDDİA: "Fələstinlilərin silah kimi istifadə etdiyi daşlar terror alətidir"

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bu gün I və IV ixtisas qrupları üzrə imtahana qeydiyyat başa çatır
    4 iyul saat 09:10-a olan məlumata əsasən I ixtisas qrupu üzrə 20506, IV ixtisas qrupu üzrə isə 3959 abituriyent ərizəsini təsdiq edib.
     4.07.2022
    Azərbaycanın xarici işlər naziri İrana rəsmi səfər edib
    Səfər çərçivəsində nazir Ceyhun Bayramovun İran rəsmiləri ilə görüşlərinin keçirilməsi nəzərdə tutulub.
     4.07.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ