1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:06.05.2019 12:07:05

İsrail mediası artıq yeni atəşkəs haqqında xəbərlər dərc edir

İsrail mediası artıq yeni atəşkəs haqqında xəbərlər dərc edir.

İslamazeri.com xəbər verir ki, HƏMAS-da atəşkəs haqqında yayılan xəbərləri təsdiq edir.

Lakin İsraildə hökümətyönlü media bunu İsrailin qələbəsi kimi qələmə versədə, müxalif media HƏMAS-ın tələblərinin yerinə yetirilməsilə sonuclanan müharibədən hansı qələbədən söhbət getdiyini ritorik sual olaraq verir.

İsrail mediası yazır: "Netanyahunun müharibə istəməməsi əvvəldən gün kimi aydın idi. Ən kədərlisi isə Qəzzadakılar bunu anlayırdılar. İndi məlum olur ki, iki gün ərzində 700 raket, 4 İsrail vətəndaşının ölümünə, Müstəqillik Günü və Avroviziyanın keçirilməsinə mane oldu. Hərbi ekspertlər bundan sonra yaşıl işıq olacağını bildirirlər. İyul və Avqustda İsrail HƏMAS-a yenidən zərbələr endirəcək. 

Xarici müşahidəçilərə görə, atəşkəs İsrail üçün ağır nəticələr doğuracaq. 

Birincisi, HƏMAS "sakitliyə sakitlik" formulunu təkzib edir, hansıki əvvəldə atəşkəs var idi və HƏMAS bilir ki, ona təhlükə yoxdur, əvvəllər onlar üçün ağır nəticələr doğursada, indi belə deyil. Ona görə də, HƏMAS üçün uzunmüddətli atəşkəs maraqlı deyil.

İkincisi, atəşkəs haqqında söyləntilən doğrudursa, buna BMT və Misirin zəmanəti var. Bu o deməkdir ki, HƏMAS-ın bütün tələbləri tam olaraq yerinə yetirilməlidir. BMT və Misirdəki zaminlər - razılığın baş tutmasını reallaşdırmalıdırlar.

Üçüncüsü, İsrail hətta danışıqları uzatmasa və öz tələblərini irəli sürsə belə, eskalasiya maksimum 3 günə bitəcək, İsrailə atılan raketlərin sayı, itkilərin heç bir əhəmiyyəti olmayacaq.

HƏMAS və İslami Cihadın rəhbərlərinin açıqlamasına görə, əvvəlki razılıqlardan fərqli olaraq bu dəfə İsrail onların bütün tələblərini yerinə yetirməyə razılıq verib. HƏMAS-da hansı tələblər haqqında açıqlamalar verilməsədə, bəzi detallar məlumdur - İsrail mediası yazır.

Yazının digər hissəsində atəşkəsin detalları belə qeyd edilir; İlk etapda razılıq baş tutarsa, hər iki tərəf atəşkəsə əməl edəcək və İsrail Kerem-Şalom sərhəd terminalının, Misir isə Rəfah sərhəd postunun fəaliyyətinə start verməlidir.

İkinci etapda İsrailin Qəzzaya tətbiq etdiyi bütün blokada götürüləcək, hətta enerji və qadağan olan bəzi məhsulların Qəzzaya girişinə icazə veriləcək.

Üçüncü etapda BMT-nin böyük humanitar lahiyələri reallaşacaq, hansı ki əvvəl bu layihələr çərçivəsində  Suveyş kanalına daxil olan Misirin İsmailiyə limanı, Sinayda hava limanı və elektrik stansiyasın tikilməsi haqda məlumatlar dolaşırdı. Bu baş verərsə, bu humanitar layihələr də Qəzzaya xidmət edəcək.

Hərbi siyasi kabinetin üzvü olan İsrailin Milli İnfrakstruktura naziri Yuval Ştaynitsin Ynet Portalının studiyasındakı açıqlaması isə diqqət çəkib. O HƏMAS-la müharibənin mənasız olduğunu bildirərək "İsrail 30 il sonra da Qəzzadakı terrorla mübarizə edəcək.", -deyə qeyd edib.

Sderot şəhərinin meri Alon Davidi atəşkəsə belə münasibət bildirib: "Biz öz ölkəmizdə acınacaqlı vəziyətdəyik; bizim dəyərlərimiz qarışıq düşüb. Dəyərlərimizi yada salmaq lazımdır. Cəbhədə mülki vətəndaşlar deyil, əsgərlərin olması lazımdır. Hücumlarımız təqdirə layiqdir, ancaq dünən böyük səhvə yol verildi. İki həftə sonra əsgərlərimizə atəş açılacaq, yeni raund başlayacaq. Əgər mən baş nazir olsam, HƏMAS və İslami Cihada deyərəm ki, Təl-Əvivə atəş açmaq istəyirsiz - açın. Yerusəlimə atəş açacaqsız - atəş açın. Amma biz sizin rəhbərliyinizi məhv etməyə davam edəcəyik."

Likud hərəkatının tanınmış üzvlərindən olan Qidon Saar da atəşkəsi tənqid edib. "Atəşkəs hazırki vəziyyətdə, İsrailin irəliləməməyinin göstəricisidir. İsrailə  və vətəndaşlarına güclü hücumlar artır, bununla yanaşı Qəzzadakı terror qruplaşmaları güclənir. Hərbi əməliyyatların qarşısı alınmadı, lakin gecikdi.", -deyə Saar əlavə edib.

Kaxol-lavan partiyasının liderlərindən olan Yair Lapid isə atəşkəsi sərt tənqid edib: "690 raket, 4 ölü və baş nazir İsrail vətəndaşlarına açıqlama vermir - bu qorxaqlıqdır."

"Vətəndaşlarla danışın, nə baş verdiyini açıqlayın, Daxili Cəbhənin komandanlığını açıqlama verməsinə zəmin yaradın. Bu atəşkəs deyil, kapitulyasiyadır.", -deyən Lapid "Bu siyasi cəsarət deyil, qorxaqlıqdır. İsrail vətəndaşları ilə görüşməyə belə cəsarətləri yoxdur.", - Netanyahunu sərt tənqid edib.

Netanyahunun seçkilərdəki rəqibi, keçmiş qərargah rəisi Benni Qants da höküməti tənqid edib: "700-ə yaxın raketlər İsrail əraizlərinə tuş gəlib. Çoxlu yaralı və 4 ölümüz var - bu hökümətin çəkinməsinin nəticələridir. Sonu isə HƏMAS-ın şantajlarına boyun əymək olacaq."

HƏMAS rəsmilərinin açıqlamları da diqqət çəkir; HƏMAS-ın siyasi büro üzvü Hossem Badran "Biz məğlubedilməz xalqıq, müqavimət təslim olmadı, qorxaqların gözünə yuxu getmir."

HƏMAS-ın digər üzvü Laud Şehab isə "Biz blokadanın ləğvini gözləyirik, təbii müqavimət rəhbərliyinin əsas hədəfi budur və bunun əldə edilməsi istiqamətində bütün səylərimizi ortaya qoyacağıq."


İsrailli siyasətçilər: Atəşkəs HƏMAS-ın şantajlarına boyun əyməkdir - ƏTRAFLI

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Qaraçı qızı polisə hər şeyi ETİRAF ETDİ - VİDEO
    Hər gün yolların kənarında görməyə adət etdiyimiz qaraçılar polis əməkdaşlarının davamlı tədbirlərinə baxmayaraq, yenə də küçələrdən yığışmırlar.
     20.07.2019
    Ailəsi sevdiyi qıza elçi getmədiyi üçün özünü öldürdü - Mahirin intiharının təfərrüatı (FOTOLAR)
    Xaçmaz rayonunun Nərəcan kəndində üç gün öncə baş verən intihar hadisəsinin təfərrüatı üzə çıxıb.
     20.07.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ