1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:12.07.2019 12:07:00

İyulun 11-də Bakının Binəqədi Rayon Məhkəməsində hakim Emin Əliyevin sədrliyi ilə jurnalist Sevinc Vaqifqızının cavabdeh kimi tanındığı işə baxış davam edib

İyulun 11-də Bakının Binəqədi Rayon Məhkəməsində hakim Emin Əliyevin sədrliyi ilə jurnalist Sevinc Vaqifqızının cavabdeh kimi tanındığı işə baxış davam edib. Bu barədə Turan-a S.Vaqifqızı bildirib.

İşin mahiyyəti ondan ibarətdir ki, jurnalist 2018-ci il aprelin 11-də keçirilən növbədənkənar prezident seçkilərindən videosüjet hazırlayıb. Süjetdə Bakının 251 saylı məktəbinin direktor müavini Elmira Alandarovanın insanları müxtəlif istiqamətlərə yönəltdiyi əks olunub. Bir il keçəndən sonra E.Alandarova jurnalisti məhkəməyə verib. E.Alandarova iddia edir ki, süjetdə onun şərəf və ləyaqəti alçaldılıb. Tələb kimi həmin süjetin "Meydan" TV və "Azadlıq" qəzetinin səhifələrindən silinməsini, üzrxahlıq edilməsini və dəymiş mənəvi zərərə görə ona 2500 manat kompensasiya ödənilməsini irəli sürüb.

Məhkəmədə cavabdehin nümayəndəsi kimi E. Alandarovanın həyat yoldaşı Rafət Pirisoy və vəkili iştirak ediblər.

Məhkəmənin gedişində hakim Emin Əliyev tərəflərə barışıq təklifi verib. E.Alandarovanın nümayəndəsi jurnalistin üzr istəməsini istəyib.

S.Vaqifqızı bildirib ki, "seçkilərin saxtalaşdırılmasında iştirak edən insanla barışa və üzr istəyə bilməz".
Məhkəmə müəyyən ekspertizaların təyin olunması məsələsinə baxıb.

Jurnalistin vəkili Zibeydə Sadıqova şahidin dindirilməsi barədə vəsatət qaldırıb.

Məhkəmə baxışı avqustun 5-də davam edəcək. 


Jurnalistin məhkəməsi davam edib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycan neftinin bu günə olan qiyməti
    Azərbaycan neftinin bu günə olan qiyməti haqqında məlumat.
     18.10.2019
    ƏRBƏİN YÜRÜŞÜNDƏN FOTOLAR -2
    İslamazeri.com xəbər verir ki, Əhlibeyt aşiqlərinin Ərbəin yürüşü artıq bir neçə gündür başlayıb. Zəvvarlar Kərbəlaya doğru yaxınlaşırlar.
     18.10.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ