EURO 1,8823 TRY 0,2978
USD 1,7 RUB 0,0266
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:16.10.2019 11:07:28

Ötən il məhkəmənin qərarı ilə 6 il azadlıqdan məhrum edilmiş jurnalist Əfqan Muxtarlının vəkili Nemət Kərimli sosial şəbəkələrdə onun səhhətinin ağırlaşması barədə məlumat yayıb

Ötən il məhkəmənin qərarı ilə 6 il azadlıqdan məhrum edilmiş jurnalist Əfqan Muxtarlının vəkili Nemət Kərimli sosial şəbəkələrdə onun səhhətinin ağırlaşması barədə məlumat yayıb. Vəkil, Muxtarlının həbsdən azad edilməsi məsələsini"hakimiyyətin yadına salınması və ictimaiyyətin diqqətində saxlanılmasını" vacib bilir:

"Hüquqlarını müdafiə etdiyim siyasi məhbus Əfqan Muxtarlı şəkər və qan təzyiqi xəstəliklərindən ciddi əziyyət çəkir. Sentyabr ayının əvvəllərində penitensiar xidmətin tibbi əməkdaşları onu müayinə etsə də, nəticələri barədə nə mənə, nə də onun özünə məlumat verilməyib, yəqin ki, çox ciddidir.

Əvvəllər ölkə həyatı üçün əlamətdar günlərdə siyasi məhbuslarla bağlı geniş əfv fərmanının olacağı barədə qeyri hökumət təşkilatları, ictimai və siyasi fəallar, hətta hakimiyyət nümayəndələri bəzi məlumatları cəmiyyətə sızdırırdılarsa da, indi bunlar dəbdən düşüb.

Bir neçə gündən sonra oktyabrın 18-də Dövlət Müstəqilliyinin bərpası günü qeyd olunacaq.

Bu bayram münasibətilə Ə.Muxtarlının və digər siyasi məhbusların azad edilməsi onun ailəsinə, uşaqlarına bayram töhfəsi olardı.Bayram ərəfəsində bu məsələnin hakimiyyətin yadına salınması, ictimaiyyətin diqqətində saxlanılması yaxşı olardı".

Əfqan Muxtarlının həmkarları, son vaxtlar birgə media layihələri ilə çıxış edən Arif Əliyev, Elçin Şıxlı, Qulu Məhərrəmli və Mehman Əliyev vəkilin bu çağırışına qoşulur, Azərbaycan ictimaiyyətini də onu dəstəkləməyi səsləyir. Jurnalistlərölkə rəhbərliyindənDövlət Müstəqilliyi ərəfəsində belə bir addım atmağa xahiş edirlər və bunun bütünlüklə ölkədəki mühitin də sağlamlaşmasına təsir göstərəcəyinə əminlik bildirirlər.

*Jurnalist Əfqan Muxtarlı 2017-ci il mayın 29-da oturum izni aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyib.

Məhkəməsində bildirib ki, Tbilisidə saxlanıb, zor tətbiq edilərək sərhədə gətirilib və Azərbaycan tərəfinə təhvil verilib, üstəlik, cibinə 10 min avro pul qoyulub.

Bakıdakı rəsmi qurumlarsa onun sərhədi keçərkən Azərbaycan ərazisində saxlandığını, bu zaman hüquq-mühafizə əməkdaşlarına müqavimət göstərdiyini bəyan ediblər.

Əfqan Muxtarlı hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə, sərhədi qanunsuz keçməkdə və qaçaqmalçılıqda ittiham olunaraq 6 il həbs cəzası alıb.

Gürcüstan baş naziri və daxili işlər naziri də Əfqan Muxtarlı olayında yerli hüquq-mühafizə orqanlarının iştirakını təkzib ediblər.(Turan)


Jurnalistlər həmkarlarının azadlığa buraxılmasını istəyirlər

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ruhani: ABŞ və İsrailin planı puç oldu! Qalib İrandır!
    İran prezidenti ölkədəki hadisələr barədə danışıb.
     20.11.2019
    Oqtay Gülalıyev təkrar əməliyyat olunacaq
    Noyabrın 20-də səhər saatlarında İstanbulun "Amerika Xəstəxanası"nda Oqtay Gülalıyevin növbəti neyrocərrahi əməliyyatı başlayıb
     20.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ