Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:25.01.2022 13:59:40

"Əgər ABŞ və ya başqası Rusiyanı dağıtmağın və ya onu ələ keçirməyin, ya da dövlətimizi diz çökdürməyin mümkün olduğunu düşünürsə, (bilsin ki,) belə bir şey heç vaxt baş verməyəcək“.

İslamazeri.com RİA-ya istinadən xəbər verir ki, ABŞ Ukrayna ərazisində həribi bazalar yerləşdirmək üçün bu ölkədən istifadə edir.

Bu barədə Çeçenistan başçısı Ramzan Kadırov bəyan edib.

O, Ukraynanı Rusiyanın “ən yaxın qonşusu” adlandırıb və hər iki xalqın slavyan olduğunu deyib.

Kim anlamır ki, ABŞ Ukraynaya yaxşı heç nə etmir, əksinə, onlar (ABŞ) öz tarixlərində həmişə Rusiya əleyhinə diktə ediblər. ABŞ-a öz bazalarını yerləşdirmək üçün dövlət lazımdır. Əgər Ukraynada (müvafiq) adamlar varsa, onlar buna müqavimət göstərməlidirlər, əgər belə bir şəxslər Ukraynada yoxdursa, o zaman Rusiya tədbirlər görməlidir“, - deyə o qeyd edib.

Kadırov əlavə edib ki, əgər Putinin yerində olsa idi, “çoxdan Ukraynanı götürmüş, oraya qoşun göndərmiş, orada nizam-intizamı bərpa etmiş olardı“.

O, Suriyada yaxın illərdə baş verən hadisələri xatırladıb və deyib ki, “(Suriyadakı) şeytanların (terrorçuların - red.) qarşısını alınmasa idi“, oradakı hadisələr də Rusiyaya təsir edə bilərdi.

Əgər dövlətin başında satılmış dəli insanlar durursa və bu dövlət vasitəsi ilə bizim dövlətimizin təhlükəsizliyi təhdid edilirsə, biz, nədir, susmalıyıq? Əgər Suriyada zamanında bu şeytanları dayanırmasa idik, o zaman bu gün bizdə də (Rusiyada da - red.) insanları qətlə yetirərdilər, öldürərdilər və partladardılar, hər şey bizə Çeçenistana, Rusiya Federasiyasına keçərdi. Eyni şey Ukraynada da (baş verir) və bu Rusiyaya keçə bilər. Ona görə də qabaqlayıcı tədbirlər görmək lazımdır“, - deyə Kadırov qeyd edib

Onun sözlərinə görə, “əgər ABŞ və ya başqası Rusiyanı dağıtmağın və ya onu ələ keçirməyin, ya da dövlətimizi diz çökdürməyin mümkün olduğunu düşünürsə, (bilsin ki,) belə bir şey heç vaxt baş verməyəcək“.


Kadırov: "Ukrayna Rusiyanın ən yaxşı qonşusudur"

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Həbsdə olan sabiq icra başçısının cəzası azaldılıb
    Sabiq başçısı İsmayıl Vəliyevin cəzası 10 ildən 9 il 6 ayadək endirilib.
     24.05.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ