Təcili

Məlumat

  1. http://www.islamazeri.org/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:24.06.2022 14:35:09

İyunun 24-də Belarus Respublikasının paytaxtı Minsk şəhərində Müstəqil Dövlətlər Birliyi İştirakçı Dövlətlərinin Baş prokurorlarının Əlaqələndirmə Şurasının 32-ci iclası keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən "İslamazeri.com"a verilən xəbərə görə, MDB prokurorluq orqanlarının rəhbər şəxslərinin iştirak etdiyi tədbirdə ölkəmizi Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Şuranın iclasında Kamran Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatlar çərçivəsində prokurorluq orqanlarının fəaliyyətinin və strukturunun təkmilləşdirilməsi istiqamətində aparılmış hərtərəfli və institusional tədbirlər barədə danışaraq cinayət yolu ilə əldə edilmiş aktivlərin qaytarılması mövzusunda çıxış edib.

İclasda həmçinin MDB dövlətlərinin baş prokurorlarının və beynəlxalq təşkilatların rəhbərlərinin cinayətkarlığın müxtəlif təzahürlərinə qarşı prokurorluqların rolu haqda çıxışları dinlənilib.

Daha sonra təşkilati məsələlər müzakirə edilərək əməkdaşlıq haqqında müvafiq sənədlər imzalanıb. Katibliyin məsul vəzifələrinə seçkilər keçirilib. Baş prokuror Kamran Əliyev Şuranın “Qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsinə görə” medalı ilə təltif olunub.
Şuranın 2023-cü ildə iclasının Bakı şəhərində keçirilməsi qərara alınıb.


Kamran Əliyev MDB Baş prokurorlarının iclasında iştirak edib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Əlcəzairin xarici işlər naziri sabah Azərbaycana gəlir
    Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
     9.08.2022
    Bu ölkələrdən quşçuluq məhsullarının idxalı məhdudlaşdırılıb
    Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
     9.08.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ