EURO 1,8816 TRY 0,2946
USD 1,7 RUB 0,0259
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:02.08.2019 12:10:05

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) ləğvindən sonra qurumun həbs edilmiş yüksək vəzifəli əməkdaşları Ali Məhkəməyə kassasiya şikayətləri versələr də, öz şikayətlərini geri götürməyə başlayıblar.

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) ləğvindən sonra qurumun həbs edilmiş yüksək vəzifəli əməkdaşları Ali Məhkəməyə kassasiya şikayətləri versələr də, öz şikayətlərini geri götürməyə başlayıblar.

Avqustun 1-də MTN-in Antiterror Mərkəzinin keçmiş rəisi Elçin Quliyevin şikayətini geri götürdüyü məlum olub. Ali Məhkəmədə keçirilən iclasın əvvəlində hakim elan edib ki, Quliyev məktub göndərərək, şikayətini geri götürdüyünü bildirib, xəbəri "Azadlıq Radiosu" yayıb.

Elə bu gün Ali Məhkəmədə keçirilən digər prosesdə məlum olub ki, daha beş zabit - MTN-in transmilli cinayətkarlığa qarşı mübarizə idarəsinin keçmiş rəisi Sübahir Qurbanov, onun müavini Füzuli Əliyev, MTN-in Monitorinq Mərkəzinin keçmiş rəhbəri Teymur Quliyev, keçmiş əməliyyatçılar Natiq Əliyev və Zaur Məmmədov da şikayətini geri götürüb.

Bundan əvvəl MTN-in Nəqliyyat və Energetika Sahələrində Təhlükəsizlik İdarəsinin rəisi olmuş general Akif Çovdarov da Ali Məhkəməyə şikayətini geri götürüb. Ancaq o, sonradan yenidən Ali Məhkəməyə şikayət verib və hazırda onun işi məhkəmənin icraatındadır.

Bu arada, bu işlər üzrə bir çox zərərçəkmişlər onlara dəymiş maddi ziyanın ödənilməməsindən şikayət edirlər. Onlardan biri - Nəriman Əliyev bu gün Ali Məhkəmədə 130 min manatlıq mülki iddianın təmin edilməsini tələb edib.

İş materiallarına əsasən, MTN işçiləri sahibkarları qanunsuz olaraq saxlayır və onlardan böyük məbləğlər tələb edirdilər.

Bızi zərərçəkmişlərin mülki iddiaları təmin edilib. Amma Nəriman Əliyevin iddiasını məhkəmə təmin etməyib.

2015-ci ilin oktyabrında Eldar Mahmudov MTN rəhbəri vəzifəsindən azad edildikdən sonra idarə ləğv edilib, nazirliyin 21 əməkdaşı isə həbs edilib.(Turan)


Keçmiş MTN əməkdaşları Ali Məhkəmədən şikayətlərini geri götürürlər

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • "Liverpul"un baş məşqçisi Yurgen Klopp "Barselona"dan "Bavariya"ya icarəyə verilən sabiq futbolçusu Filippe Koutinyo haqda danışıb.
     23.08.2019
    Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalarası Əməkdaşlıq Mərkəzindən siyasi və dini liderlərə müraciət
    Qafqaz Müsəlmanları İdarəsi nəzdində Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalarası Əməkdaşlıq Mərkəzi bəyanat yayıb.
     23.08.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ