1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HƏRBİ

Kateqoriya : XƏBƏRLƏR

HƏRBİ

Yayınlanma tarixi:20.04.2020 10:17:27

ABŞ Silahlı Qüvvvələri Komandanlığının "təhlükəli manevr" ittihamlarına cavab verilib

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, ABŞ-ın Fars Körfəzində İrana qarşı iddiasına  İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın dəniz qüvvələrinin ictimai əlaqələr bölməsi cavab verib.

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın dəniz qüvvələrinin ictimai əlaqələr bölməsi iddiaya cavab olaraq "Amerikanın dəniz qüvvələri aprelin 6-sı və 7-də qeyri-peşəkar və təhlükəli rəftarlarla və ilkin xəbərdarlıqlara məhəl qoymadan Fars Körfəzindəki İran qayığının yolunu bir müddət bağlayıb və nəhayət İran qayığının hərəkəti yolundan kənara çəkilməyə məcbur olub.", -deyə qeyd edib.

Bəyanatın davamında deyilir: "İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın dəniz qüvvələri amerikalı terrorçuların qanunsuz və avantürist rəftarlarının davam etməsinin qarşısını almaq, eləcə də yanacaq qacaqmalçılığı ilə mübarizə və İran qayıqlarının gediş-gəliş təhlükəsizliyini gücləndirmək üçün Fars Körfəzi sularındakı öz dəniz patrullarının imkanlarını artırıb. Amerikalı terrorçuların qeyri-peşəkarcasına və təhrikedici hərəkətlərinə və xəbərdarlıqlara məhəl qoymamalarına rəğmən, İran qüvvələrinin duruş gətirmələrilə amerikalılar Sepah-ın dəniz qüvvələrinin qayıqlarının hərəkəti yolundan kənara çəkilməyə məcbur oldular."

İran amerikalılara Fars Körfəzində və Oman dənizində dənizçilik protokollarına və beynəlxalq qaydalara tabe olmağı tövsiyə edərək "Amerikalı terrorçular əmin olsunlar ki, Sepah-ın dəniz qüvvələri və İranın silahlı qüvvələri regionda əcnəbilərin çox təhlükəli rəftarlarını özlərinin qırmızı xətləri və milli təhlükəsizliklərinə qarşı bir təhdid hesab edir və onların hər cür hesablama xətalarına qətiyyətli cavab verəcəklər.", -deyə əlavə edib.

Qeyd edək ki, ABŞ Silahlı Qüvvvələri Komandanlığı İran hərbi katerlərinin ABŞ gəmilərinin qarşısında təhlükəli manevr etməkdə ittiham etmişdi.


Keşikçilər ABŞ-ın İran hərbi gəmilərinin təhlükəli manevr ittihamına cavab verdi - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanda açıq havada keçirilən idman yarışlarına icazə verildi
    Lakin yarışlarda tamaşaçılar iştirak etməyəcək.
     29.05.2020
    Restoran, kafe və çay evlərində xidmət saatları artırılır
    Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
     29.05.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ