EURO 1,9267 NEFT 67,16
USD 1,7 RUB 0,0258

Ağaddin Niftiyev kimdir?

Ağaddin Niftiyev kimdir?

Ağaddin Niftiyev 28 oktyabr 1957-ci ildə Masallı rayonunun Gəyəçöl kəndində anadan olub. 1975-ci ildə Masallı rayon Gəyəçöl kənd orta məktəbini, 1980-ci ildə Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat və Kibernetika Fakültəsini bitirib. 1982-1985-ci illərdə AMEA Kibernetika İnsitutunun aspiranturasında təhsilini davam etdirən Ağaddin Niftiyev əmək fəaliyyətinə elə həmin insitutun proqramçı-mühəndisi kimi başlayıb. 1987-ci ildən Bakı Dövlət Universitetinin müəllimi, baş müəllimi, dosenti, şöbə müdiri vəzifələrində çalışıb.

Hazırda BDU Tətbiqi Riyaziyyat İnsitutu "İqtisadi Sistemlərin Riyazi Modelləşdirilməsi" şöbəsinin müdiri və BDU Böyük Elmi Şurasının vəzifəsində çalışır. 1986-cı ildə namizədlik, 2006-cı ildə doktorluq dissertasiyasını müdafiə edib və elə həmin ildə professor elmi adına layiq görülüb.

Fransa Xarici İşlər Nazirliyi, Azərbaycan Dövlət Neft Şirkəti və Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafına Dövlət Dəstəyi Fondunun dəstəyilə müxtəlif elmi layihələrin həyata keçirilməsinə rəhbərlik edib. 2008-ci ildə Fransa-Gürcüstan və Azərbaycan riyaziyyatçılarının I konfransını təşkil edib. Müqavilə əsasında Fransanın Nant Universitetində professor kimi çalışıb.

10-dan artıq doktorluq, 30-dan artıq namizədlik dissertasiyasına rəhbərlik edib. Elmi məqalələri ABŞ, Almaniya, Fransa, İngiltərə, Avstriya, Rusiya, Türkiyə, İran, Misir, Kanada və digər ölkələrin elmi nəşrlərində dərc edilib.

1992-1993-cü illərdə Masallı rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ