EURO 1,9292 NEFT 57,09
USD 1,7 RUB 0,0255

Alparslan Kuytul kimdir?

Alparslan Kuytul kimdir?

Alparslan Kuytul 1965-ci ildə Adanada, Karataş rayonunda dünyaya gəlib. İbtidai təhsilini, həmçinin orta məktəbi orada oxuyub.

1991-ci ildə Çukurova Universitetinin Memarlıq-Mühəndislik fəkultəsinin İnşaat mühəndisliyi bölümündən məzun olub. 1993-1997-ci illlər arasında Misirin "Əl Əzhər" universitetinin Şəriət fəkultəsinin İslam Hüququ ixtisasında oxuyub. Əl Əzhər Universitetini 1997-ci ildə bitirib ölkəsinə dönüb. "Əl Əzhər"də oxuduğu zaman "Furqan" təşkilatını yaradır. Hazırda o hərəkatın mənəvi lideridir. 

"Furqan Təhsil və Xidmət Vəqfi" Türkiyədə bir ildə 200 mindən çox insanın iştirak etdiyi 100-dən çox konfrans və tədbir təşkil etmişdir. İnternet üzərindən sosial şəbəkə və saytlar vasitəsilə videomüraciət və təfsir dərsləri xüsusilə Adanadakı tərəfdarlarının diqqətini çəkməkdədir. "Furqan Nəsli Jurnalı"nın baş yazarıdır.

Qeyd edək ki, 30 Yanvarda Alparslan Kuytul 20 tərəfdarı ilə birlikdə həbs olunublar.

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ