Asəf Orucoğlu kimdir?

Asəf Orucoğlu kimdir?

Həyatı

 

Asəf Əliyev (tam adı ilə: Asəf Oruc oğlu Əliyev), Asəf Orucoğlu və ya Asəf Qaya 1967-ci ildə Daşkəsən şəhərində anadan olub. Atası Göyçə mahalının Kəsəmən kəndindəndir. 1985-1987-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olub.

2018-ci ilin sentyabr ayının 6-da Bakıda vəfat etmişdir.

 

Təhsili


1984-cü ildə Cəmşid Naxçıvanski adına hərbi liseyi bitirib. 1996-cı ildə M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq əlaqələr fakültəsini fərqlənmə diplomu ilə bitirib.

 

Əmək fəaliyyəti


Asəf Orucoğlu “Millət” qəzetində jurnalist və baş redaktor, AMİP-də mətbuat katibi, mətbuat və təbliğat məsələləri üzrə katib, “Araşdırma və proqnoz şöbəsi”nin müdiri, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat katibi işləyib.

2003-2005-ci illərdə Mərkəzi Seçki Komissiyasının üzvü olub.

 

Ədəbi yaradıcılığı


Asəf Qaya imzası ilə şeirlər yazırdı. 300-ə yaxın şeirin müəllifidir.

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ