EURO 1,9267 NEFT 67,16
USD 1,7 RUB 0,0258

Ayətullah Əsədullah Mədəni kimdir?

Ayətullah Əsədullah Mədəni kimdir?

1913-ci ildə İranın Azərşəhr məntəqəsində dəyərli seyidlərdən olan Ağa Mir Əlinin evində körpə bir oğlan uşağı dünyaya göz açdı...

Həyatının mübarizə səhifəsində sonsuz şücaət və dəyanət nümunələri yer alacaq bu körpəyə atası İmam Əlinin (ə) künyələrindən (ləqəblərindən) birini qoydu. Uşaq Əsədullah adlandırıldı. Sonralar həyatı həqiqətən də adında əksini tapan Allaha şir olmaq qüdrəti əks olunan körpə mənəviyyat dolu nurlu bir həyatın başlanğıcına qədəm qoydu.

Körpə Əsədullahın sanki çətin həyatı ona elə körpəlik yaşlarındanca özünü göstərməkdə idi. Dörd yaşında, ana nəvazişinə ehiyac duyduğu körpə çağlarında qəfil ölüm onu ana sevgisinə həsrət qoyur. Ailənin azyaşlı körpələrini nəzərə alan atası Seyid Əli ikinci dəfə ailə qurur. Lakin bu ailə həyatı gözlənilməz xəstəliyə uğrayan Seyidin həyatında ona xöşbəxtlik gətirmir. Ağır xəstəliyə düçar olan seyid Əli çox keçmir ki, yatağa düşür və həyatının sonuna qədər yataq xəstəsi olaraq qalır. Ailənin çətin yaşayış tərzi bundan sonra özünü daha qabarıq göstərməyə başlayır. Ana ayrılığından sonra atasının yatağa düşməsi körpə Əsədullahın həyatının acı xatirələrinə çevrilir. Uşaqlıq dövrünü beləcə çətinliklərlə başa vuran Əsədullah gənclik illərinə maddi və mənəvi böhranın qoynunda qədəm qoyur.

16 yaşında Əsədullah özündən kiçik qardaşlarının təminatı üçün işləməyə başlayır. Qəlbində dini elmlərə olan həvəs və məhəbbət hər hansı bir işi başlayan Əsədullahın mənəvi ruhunun ehtiyacları kimi ona rahatlıq vermir. O bütün gününü ailənin rifahı üçün çalışsa da ruhən təhsil aldığı dini tədris ocağının partaları arxasında özünü hiss edir. 1208-ci ildə atası Seyid Əli uzun sürən xəstəlikdən sonra dünyasını dəyişir. Bundan sonra Əsədullahın mənəvi boşluğu bir az da artır. Bu boşluğun doldurulmasını isə o yalnız və yalnız dini elimlərə yiyələnməkdə görür. Bu səbəbdən ailənin təminatı üçün atasından qalan mağazanı işə salan Əsədullah onu etibarlı dostlarına tapşırıb analığından halallıq alaraq 17-yaşına yeni qədəm qoyma ərəfəsində Qum elmi hövzəsinə yola düşür.

Rza xanın apardığı Qərbyönlü siyasəti, İslam dini ilə mübarizəsi bu zamanı əhatə etdiyindən ruhanilərə, əsasən də dini hövzələrə qarşı qadağalar məhz gənc Əsədullahın təhsilə başladığı dövürlərdə pik həddinə çatır. Haqsız yerə ruhanilərin şərlənərək həbs olunması, özləri və ailələrinə qarşı təzyiqlər, mədrəsələrin qapadılması dini camiədə vəziyyəti hər gün daha gərgin hala gətirirdi. Qadağaların belə şiddətli vəziyyətində Əsədullah Qum elmi hövzəsinə dini tədrisə yiyələnmək üçün qədəm qoyur. Və çox keçmir ki, elm təşnəsi iti addımlarla bir çox tələbələrin illər boyu əldə edə biləcək naliyyətlərə qısa bir zamanda imza atır. Əlbəttə böyük ustadlar onun elmi bilgilərə belə qısa zamanda yiyələnməsində xüsusi rola malik olur. O, Ayətullah Hüccət Kuhkəməri və Ayətullah Seyid Məhəmməd Təqi Xansarinin yanında fiqh, üsul və fəlsəfə dərsləri alaraq gözəl nəticələr əldə edir. Orta təhsil sistemini bitirdikdən sonra isə Əsədullah Mədəni dörd il boyunca İmam Xomeynidən fəlsəfə, irfan və əxlaq dərsləri alır. İmam Xomeyninin əxlaq dərsindəki fəza Seyid Əsədullaha İmam Xomeynini daha çox sevdirir. Həyatının sonuna qədər sürəcək İmama bu sevgi Seyidin həyat seçimi üçün də xüsusi əhəmiyyət daşıyacaqdı.

1953-cü ildə qırx yaşlı Seyid Əsədullah Həcc səfərinə yola düşür. Bu səfər Seyid Mədəninin həyatında xüsusi izlər buraxır. İlahi dərgahda mənəvi fəzanın ənginliyinə yüksəlincə Xaliq və məxluq vəzifələrində daha ciddiliyi bir daha çılpaqlığı ilə dərk edir. İlk İmamət və Vilayət xanədanını şəhidi Xanım Zəhranın (s.ə.) müsibətli həyat tərzı ona addımlamaqda olan Mədinə küçələrində haqq müdafiəçisinin çağrişlarını yenidən eşitdirirdi. Beləcə nisginli və mənəviyyat yüklü Hacc səfərini bitirən Şəhid Mədəni səfərdən birbaşa İraqın Nəcəf şəhərinə, Nəcəf elmi hövzəsinə gəlir. Burada o dərsi xaric elminə qatılaraq ictihad məktəbinə qoşulur. Ayətullah Mədəni Ayətullah Həkim, Ayətullah Seyid Əbdül Həsən İsfəhani, Seyid Əbdülhadi Şirazi kimi dəyərli alimlərdən dərs alaraq xüsusi elmi məqam qazanır. Çox keçmir ki, Nəcəfin tanınmış alimləri onun ictihad məqamını qəbul edib onu bu ictihadda təstiqləyirlər. Hətta Ayətullah Seyid Möhsün Həkiminin istəyi ilə ona ustadlıq dərəcəsi verilərək hövzədə müxtəlif dərsləri, o cümlədən tədrisi bir çox alimlərə etibar olunmayan dərslərdən tədris etmək izni verir. Çox keçmir ki, Ayətullah Şəhid Mədəni Nəcəfin tanınmış alimləri sırasında xüsusi yerə malik olur. İslam dininin varlığında yaratdığı xüsusi təvəzökarlıq səbəbinə görə Ayətullah məqamına yüksəlməsinə baxmayaraq Şəhid Mədəni ömrünün sonuna qədər kimsənin ona “Ayətullah” titulu ilə çağırmasına imkan vermədi. Hətta ona risalə yazılma təklifi olunduğu zaman Şəhid Mədəni “İslam ümmətinə İmam Xomeyninin risaləsi yetər. Heç rəvadır ki, bu kitabdan sonra risalə yazıla?” deyərək risalə yazmaqdan belə imtina edir. Dostlarından biri Ayətullah Kaşani Şəhid Mədəni ilə bağlı xatirələrində yazırdı: “Ayətullah Mədəninin Nəcəfdə olan dərslərinə tələbələr böyük şövq ilə qatılardə. Onun tədris otağında olan tələbə sıxlığı başqa alimlərin dərs otaqlarında olmazdı”

1960-cı ildə 56 yaşlı Şəhid Mədəni İrana qayıdır. Ölkədəki hərc-mərclilik, şahın mənəviyyata qarşı apardığı mübarizə, din rəhbərlərinin həbsi, içtimai siyasi vəziyyətin acınacaqlı hala gəlməsindən narahat olan Mədəni bir çox alimlər kimi bütün varlığı ilə şahin əleyhinə mübarizəyə qalxır. İctimai mərasimlərə qatılan Mədəni insanlara onların haqqlarını anladaraq zülm müqabilindəki susqunluğun əslində əməli zalımla bərabər olduğunu hər kəsə bildirir. İmam Xomeyni xətti ilə hərəkətə qalxan Şəhid Mədəni xalqın yeganə rifahinin İslam olduğunu bildirərək insanları bu yola dəvət edir. Məscidlərin mənbərlərində etdiyi xütbələr isə daha geniş təsirli və dini camiəni vəzifələrinə səsləyən xütbələr olur. Qısa bir zaman kəsiyində Şəhid Mədəninin ətrafına geniş insan kütləsi cəm olur. Heç şübhəsiz ki, şaha bu hadisələrin sonu onu hansı istiqamətə aparacağını anladırdı. Məhz bu aqibətlə üzləşməmək üçün şah Şəhid Mədəninin həbs hökmünü verir. Şəhid Mədəni həbs olunacağı xəbərini alınca buna soyuqqanlılıqla yanaşaraq öz hədəfinə davam edir. Qisa zaman kəsiyində dini camiədə özünəməxsus yer tutan Şəhid Mədəni hakimiyyətin əsas strukturuna tutarlı zərbə endirə bilir. Siyasi təfəkkürü ilə yanaşı ruhani fəzaya malik olan Şəhid Mədəni cəmiyyətə bu istiqamətdən təsiri bir çox siyasi təfəkkürləri üstələyirdi. Belə ki, artıq İranı bürüyən şəhadət dalğası siyasətlə bərabər mənəvi, ruhani, İlahi rəngə daha çox ehtiyac duyurdu. Şəhid Mədəninin siması da məhz cəmiyyətin axtardığı mənəvi fəzanı yaratdığı üçün ətrafında saysız hesabsız insanları toplaya bilmişdi. Məhz şah rejminin də narahatlığını bu kimi faktorlar artırdığından Ayətullah Mədənini həbsi fərmanı öz sürət halına gəldi. Ayətullah Mədəni şah rejmi tərəfindən həbs olunaraq Buşəhrin Kenqa bölgəsinə sürgün edildi. Həbsindən şiddətli işgəncələrə məruz qalan Mədəni aşağılayıcı təzyiqlər müqabilində böyük səbr və təvəkkül nümayiş etdirərək bütün bunların zalım bir rejmin tənəzzül əsasları olacağını bildirirdi.

Nəhayət böyük qurbanlardan sonra, 1979-cu ildə İranda baş tutan inqilab istismarçı şah rejminə son verir. Xalqın seçimi ilə ölkədə İslam dövləti qurulur. İmam Xomeynin başçılığı altinda İslam prinsiplərində qurulan dövlət bir çox qanlı-qadalı günləri arxada qoyaraq cəmiyyəti yeni həyata dəvət edir. Bu gün İslam cəmiyyətinin qurulması üçün zəhmət heç də inqilabın baş tutması üçün atılan addımdan az zəhmət istəmirdi. Dövlətin qurulması bir çox çətinliklər nəticəsində baş tutmuşdusa onu qorumaq, inkişaf etdirmək qat-qat ağır məşəqqətlər hesabina gerçəkləşəcəkdi. Bunu rəhbərliyi çiyinlərinə alan İmam Xomeyni çox gözəl anlayır, bu istiqamətdə dəyərli şəxsləri iş başına təyin edirdi. Ayətullah Mədəni də bu istiqamətdə seçilən şəxslərdən idi. Ayətullah Mədəni ilk olaraq Həmədan camaatı tərəfindən mütəxəssislər heyətinə başçı, daha sonra İmam Xomeyninin şəxsi göstərşi əsasında vəziyyəti daima nəzarət altında saxlamaq üçün Təbrizə İmam Cümə təyin edilir.

Təbii ki, Şəhid Mədənin Təbrizə imam cümə təyin edilməsi bir təsadüf deyildi. Təbriz inqilab dövrünün ən çılğın, mübariz və mətin şəxsiyyətləri ilə hərəkata təkan verən əsas baza sayılırdı və heç şübhəsiz ki, burada qarışıqlıq yaratmaq düşmən cəbhəsi üçün xüsusi önəm daşıyacaqdı. Bu baxımdan da İmam Xomeynı mənəvi dəyərləri ilə bir çox ali məqamları özündə əks etdirən Şəhid Mədənin bura təyin etməklə bu və sair kimi yarana biləcək problemləri qabaqlayırdı.

İnqilabdan sonrakı həssas dönəmi nəzərə alan Şəhid Mədəni xütbələri və görüşləri boyunca İran xalqını diqqətli və ayıq-sayıq olmağa çağırır, düşmən hiylələrinin heç vəchlə nəticə əldə etməməsi üçün daha dəqiq olmalarını tövsiyə edirdi. Yarana biləcək istənilən ixtilafı bir ruhani itiliyi ilə elə yerindəcə həll edən Ayətullah Mədəni Təbriz və ona yaxın əraziləri dolaşaraq hər növ ziddiyyətləri İslam məntiqi ilə susdururdu. Bu təbii ki, İnqilabın çökdürülməsi üçün daxili və xarici qüvvələrin hazırladığı planlarının alt-üst olması demək idi. Düşmən bu cəbhədə məğlubiyyətini qəbul edincə gözlənilən xəyanət addımını atmalı idi. Belə də oldu.

1981-ci il, Avqust ayının 21-də Cümə namazını qıldığı zaman 68 yaşlı rəşadətli, şücaətli Ayətullah Şəhid Əsədullah Mədəni mehraba qoyulmuş partlayıcı qurğunun işə düşməsi nəticəsində şəhid oldu. Onun bədənin hissələri parçalanaraq ətrafa səpələndi. Bir anlığa böyük vahimə yaradan partlayış ardınca Şəhid Mədənin parçalanmış bədəni ilə ürəkləri qana döndərdi. Xəbər bütün İrana yayılınca yeni qurulmuş dövləti acı kədərə qərq etdi. Ayətullah Mədəni bütün Təbriz camaatının göz yaşları ilə torpağa tapşırıldı. İlk mehrab şəhidi olan Ayətullah Mədəni bir çox dəyərli şəhidlər kimi təkcə İran xalqının deyil bütün İslam cəmiyyətinin yaddaşında əbədi olaraq yaşayacaqdır.

İslamazeri.com

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ