EURO 1,9267 NEFT 67,16
USD 1,7 RUB 0,0258

Əbdülməcid Axundov kimdir?

Əbdülməcid Axundov kimdir?

Həyatı


Əbdülməcid Nadirşah oğlu Axundov 1993-cü ilin 15 oktyabr günündə Sumqayıt şəhərində Nadirşah və Ceyran Axundovaların ailəsində anadan olub. 2010-cu ildə Sumqayıt şəhərində yerləşən 16 saylı tam orta məktəbi bitirən Əbdülməcid Axundov elə həmin il Azərbaycan Texniki Universitetinə daxil oldu.


Hərbi xidməti


Əsgər Əbdülməcid Axundov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.

Aprelin 9-u isə Əbdülməcid Axundov doğulduğu Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Axundov uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Əbdülməcid Axundov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ