EURO 1,9479 NEFT 79,58
USD 1,7 RUB 0,0259

Əbu Sac Divdad kimdir?

Əbu Sac Divdad kimdir?

Həyatı


Əbu Sac Divdad Soqdiananın Usruşana vilayətində doğulmuşdu. Atasının adı Divdaştdır. Əbu Sacın adı mənbələrdə ilk dəfə Babəkin əsir alınıb Bərzəndə, Afşinin iqamətgahına gətirilməsi münasibətilə çəkilmişdir. 839-cu il də Afşin Heydər ibn Kavus xəlifə əl-Mütəsimin sərəncamı ilə Əbu Sacı Azərbaycanın Xilafətə qarşı çıxmış hakimi Minkicəvr əl-Fərqaniyə qarşı yolladı. Elə həmin il Əbu Sac Xilafətə qarşı üsyan qaldırmış başqa bir yerli hakimin, Təbəristan hakimi Məzyarın cəzalandırılması üçün də göndərilmişdi. Əsrin 50-ci illərinin sonlarında xəlifə əl-Mütəvəkkil onu Məkkə yolunun rəisi kimi yüksək vəzifəyə təyin etdi . 865-ci il ədək Əbu Sac bu vəzifədə qaldı. 865-ci il də Əbu-s-Sac xəlifə taxt-tacına namizəd olan əl-Mütəzzə qarşı Mesopotamiyadakı əl-Mədain şəhərlərinin idarəsi tapşırılmışdı. 866-cı il də Əbu Sac Kufə şəhəri və onun ətrafının canişini təyin edilir, yenidən Məkkə yolunun rəisi vəzifəsini tutur. Əbu Sac Hələb, Kinnəsrin, Diyar-Mudar və sərhədyanı vilayətlərin (əs-Suğur) valisi olmuşdu. Əbu Sac Divdad 868-870-ci illərdə Azərbaycan və ətrafına başçılıq etmişdi. 870-874-cü illərdə isə üsyan etmiş mütəğəlliblərə qarşı aparılan döyüşlərdə iştirak etmişdir. 874-cü il də Əbu Sac Əhvaz hakimi təyin olunur. Burada o, əd-Dulab adlı yerdə Əbu Sac qoşunlarını darmadağın edən zincilərə qarşı mübarizə aparmalı olur. Əhvaz vilayəti zincilər tərəfindən ələ keçirildikdən və qaynı Əbdülrəhman öldürüldükdən sonra Əbu Sac tutduğu vəzifədən azad olunur.

 

Ölümü


Yaqub əl-Səffarla birləşərək 876-cı ildə xəlifə əl-Müvəffəqə qarşı vuruşmuş, məğlub olmuş və İraqdakı bütün mülkləri əlindən alınmışdı. Bağdada sülh üçün gedərkən yolda, noyabr-dekabr aylarında Qondişapurda vəfat etmişdir.

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ