EURO 1,9349 NEFT 71,42
USD 1,7 RUB 0,0253

Eldar Namazov kimdir?

Eldar Namazov kimdir?

Eldar Namazov 23 dekabr 1956-cı ildə Ağstafa rayonunda anadan olmuşdur. 1974 -1979-cu illərdə Azərbaycan Pedaqoji Universitetini bitirmişdir. İxtisas üzrə Bakalavrdır (tarix bölümü).

1981-1985-ci illərdə Moskva Etnoqrafiya və Antropologiya İnstitutunda çalışmışdır. Fəlsəfə Elmləri Doktorudur (tarix elmlər namizədi).

1985-1991-ci illərdə Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun Etnososialogiya şöbəsinin müdir müavini, daha sonra Politologiya şöbəsinin müdiri vəzilərində çalışmışdır.

Fevral 1991 - Sentyabr 1993 - Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin təsisçisi və rəhbəri olmuşdur.

Sentyabr 1993 - Oktyabr 1999 - Azərbaycan Respublikası prezidentinin katibliyinin rəhbəri, prezidentin köməkçisi (xarici siyasət, daxili siyasət, milli təhlükəsizlik, mübahisələrin həll olunması, ictimai əlaqələr məsələləri üzrə) olmuşdur.

Mart 2001-ci ildən “Azərbaycan Naminə” İctimai Forumunun prezidentidir. Mərkəzi tədqiqat, ictimai siyasət, layihə rəhbərliyi, xarici siyasət, milli təhlükəsizlik, mübahisələrin həll olunması, Azərbaycanda siyasi və iqtisadi islahatların aparılması üzrə işlər aparır.

2 ABŞ şəhərinin fəxri vətəndaşı, 1 ABŞ şəhərinin fəxri meridir. Azərbaycanın Beynəlxalq əlaqələrinin inkişafı üçün - Məmmədəliyev Qızıl Medalına layiq görülüb.

Azərbaycan, Rus, İngilis və Türk dillərini bilir.

Evlidir, bir oğlu var.

Mənbə: Vikipediya

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ