EURO 1,9068 TRY 0,2906
USD 1,7 RUB 0,0267

Elmar Məmmədov kimdir?

Elmar Məmmədov kimdir?

Elmar Məmməd oğlu Məmmədov 9 oktyabr 1967-ci ildə anadan olmuşdur. 1991-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu "Maliyyə və kredit", 1996-cı ildə Bakı Dövlət Universitetini "Hüquqşünas" ixtisası üzrə bitirmişdir.

1987-1989-cu illərdə Azərbaycan Sənaye-Tikinti Bankında, 1990-1995-ci illərdə Azərbaycan Dövlət Vergi Müfəttişliyində, 1995-2004-cü illərdə Azərbaycan Beynəlxalq Bankında, 2004-2005-ci illərdə BUS Bankda, 2005-2009-cu illərdə "Kapital Bank" ASC-də müxtəlif vəzifələrdə çalışmışdır.

2009-2013-cü illərdə "Kapital Bank" ASC-nin, 2014-2015-ci illərdə "Azər-Türk Bank" ASC-nin İdarə Heyətinin sədri olmuşdur. 2015-ci ilin iyulundan 2016-cı ilin dekabrına qədər "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin sədri vəzifəsini icra edib.

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ